Icma.az
close
up
RU
“Fələstin dövlətini kim tanıyır?“ “İki dövlət həlli“ hələ də uzaqdır“ İsrail mətbuatı

“Fələstin dövlətini kim tanıyır?“ “İki dövlət həlli“ hələ də uzaqdır“ İsrail mətbuatı

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"BMT-nin 193 üzv dövlətindən 157-si artıq Fələstin dövlətini tanıyıb..."

Nyu-Yorkda keçirilən Fransa-Səudiyyə sammitində prezident Emmanuel Makron Fələstin dövlətini tanıdığını elan edib. Onun ardınca Lüksemburq, Malta, Belçika, Andorra və Monako eyni mövqedən çıxış edib. Bir gün əvvəl isə Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya buna qoşulub.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, beləliklə, BMT-yə üzv 193 dövlətdən 157-si artıq Fələstin dövlətini tanıyıb. Lakin bəzi qərarlar şərtlərlə müşayiət olunur: məsələn, Paris və Brüssel bütün girovlar azad olunmadan səfirlik açmayacaqlarını bildirib.

İndoneziyanın şərti mesajı

İndoneziya prezidenti Prabovo Subianto bəyan edib ki, ölkəsi yalnız İsrail Fələstinin müstəqilliyini tanıdıqdan sonra onu rəsmi şəkildə tanıyacaq. Həmin vaxt İndoneziya da dərhal İsraili tanıyacaq və onun təhlükəsizliyinə zəmanətləri dəstəkləyəcək. Bu bəyanat dünya diplomatiyasında mühüm dönüş kimi qiymətləndirilir, çünki İndoneziya 1988-ci ildə Fələstini tanıyan ilk ölkələrdən biri olub.

ABŞ və İsrailin sərt mövqeyi

Vaşinqton və Təl-Əviv sammiti boykot edib. Hər iki tərəf hesab edir ki, Fələstin yalnız İsraillə birbaşa danışıqların nəticəsində dövlət ola bilər. İsrailin BMT-dəki səfiri Dani Danon sammiti "sirk tamaşası" adlandırıb. Netanyahu yaxın günlərdə ölkəyə qayıtdıqdan sonra rəsmi reaksiyanın veriləcəyi gözlənilir.

İsrail Knessetində isə mümkün cavab tədbirləri müzakirə olunur: bəzi dövlətlərin diplomatlarına vizaların ləğvi, İudeya və Samariyanın bir hissəsinin ilhaqı kimi variantlar gündəmə gətirilir. Lakin Səudiyyə Ərəbistanı və BƏƏ xəbərdarlıq edib ki, bu addım "Avraam sazişləri"ni tamamilə dağıda bilər.

Kimlər hələ də tanımır?

BMT-də artıq üzvlərin 80 faizi Fələstini tanısa da, onlarla dövlət hələ də imtina edir. Onların sırasında ABŞ, İsrail, Yaponiya, Cənubi Koreya, Sinqapur, Panama, Kamerun və Okeaniya ölkələrinin əksəriyyəti yer alıb.

Avropa isə ən parçalanmış bölgədir: İsveç 2014-cü ildə tanıyıb, 2024-də İrlandiya və Sloveniya, indi isə Fransa və başqaları qoşulub. Lakin Almaniya və İtaliya açıq şəkildə bildirir ki, İsraillə siyasi proses olmadan belə bir addım atmayacaqlar. Berlin Holokost tarixinə görə xüsusi məsuliyyət daşıdığını vurğulasa da, rəsmi İtaliya addımı "əks nəticəli" hesab edir.

Kiçik dövlətlərin böyük loyallığı

BMT-də son səsvermədə 10 ölkə "iki dövlət həllinə" dair qətnamənin əleyhinə çıxıb: onların arasında İsrail, ABŞ, Argentina, Paraqvay, Macarıstan və dörd Sakit okean adası dövləti var. Məsələn, Mikroneziya, Palau və Tonqa kimi dövlətlərin İsraili dəstəkləməsinin səbəbi həm dini motivasiya, həm də ABŞ-dan alınan iqtisadi yardımdır.

Latın Amerikasında isə siyasət dəyişib: Argentinanın yeni prezidenti Xavyer Miley İsrailin əsas müttəfiqlərindən birinə çevrilib, səfirliyi Qüdsə köçürmək niyyətindədir. Paraqvay da oxşar addım atıb. Hər iki ölkə ABŞ-la iqtisadi və təhlükəsizlik münasibətlərini gücləndirmək üçün İsraili açıq dəstəkləyir.

"İki dövlət həlli" hələ də uzaqdır

Bu gün artıq dünya ölkələrinin əksəriyyəti Fələstini tanıyır. Amma İsrail və ABŞ-ın sərt mövqeyi, Avropanın parçalanmış siyasəti, Asiya və Okeaniyada ikili yanaşmalar göstərir ki, real "iki dövlət həlli" hələ də çox uzaqdır. Fələstinin tanınması prosesi sürətlənir, amma bu, eyni zamanda diplomatik qarşıdurmaları dərinləşdirir və Yaxın Şərqin gələcəyini daha da qeyri-müəyyən edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri