Icma.az
close
up
RU
İsrail Fələstin dövlətini tanıyacaqmı?

İsrail Fələstin dövlətini tanıyacaqmı?

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində əldə olunan razılaşmalardan sonra İsrailin Qəzzada uzun sürən müharibəyə münasibətində müəyyən dəyişikliklər müşahidə edilməkdədir. Bu günlərdə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun gələcəkdə Fələstin dövlətini tanımağa razı olacağına inandığını bildirib.

O, bu fikri “CBS News” telekanalına müsahibəsində səsləndirib. Netanyahunu bu məsələyə razı salmağın mümkün olub-olmadığı barədə suala cavabında Tramp İsrail Baş naziri ilə münasibətlərinin “yaxşı” olduğunu vurğulayıb və onu “müharibə dövrünün baş naziri” həmçinin “çox istedadlı insan” adlandırıb. “Mən onunla çox yaxşı işləmişəm. Onu bir az bu və ya digər tərəfə yönləndirməli oldum”, - deyə, Tramp əlavə edib.

Xatırladaq ki, indiyədək İsrail Fələstin dövlətinin mövcudluğunu qəbul etmirdi. Xüsusilə Binyamin Netanyahu administrasiyası Fələstin ərazilərinin tamamilə ilhaqı siyasətində israrlı idi. Baş nazir dəfələrlə bildirib ki, Fələstin dövləti olmayacaq, rəsmi qaydada belə bir dövlət qurulmasına razılıq yoxdur. Qəzzada uzun sürən müharibə İsrailin Fələstinlə bağlı planlarında nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Müharibə Qəzzada son dərəcə kədərli izlər buraxıb. Bölgə viran qalıb, təxminən 70 min insan həyatla vidalaşıb. Burada humanitar böhran yaşanır. Bölgənin evsiz-eşiksiz milyonlarla sakini uzun müddət ən zəruri qida məhsullarından, tibbi xidmətdən məhrum qalıblar. Silahlar isə susmaq bilmirdi. Hətta müxtəlif bəhanələrlə bölgəyə humanitaar yüklərin daxil olmasına da qadağa qoyulmuşdu. Son məqsəd Qəzzanı tamamilə boşaltmaq idi. Hətta bir vaxtlar Qəzza sakinlərinin köçürülməsi ilə bağlı Tramp layihəsi də gündəmə gəlmişdi.

Bəs qısa müddətdə nə baş verdi ki, “müharibə dövrünün baş naziri” mövqeyini dəyişdi? Əlbəttə, bunun Binyamin Netanyahunun siyasi iradəsi ilə baş verdiyini düşünmək sadəlövhlük olardı. Analitiklərin qənaətinə görə, BMT-nin və əksər dünya dövlətlərinin Qəzzada baş verənlərə kəskin münasibət sərgiləmələri Netanyahunun geridönüş etməsinə birbaşa təsir göstərib. Uzun sürən müharibə Qəzzada  insan faciələri ilə nəticələnməklə yanaşı, Fələstin dövlətinin tanınmasının yeni mərhələsini də gətirib. Son vaxtlarda bir sıra Qərb dövlətləri o cümlədən Birləşmiş Krallıq, Kanada Avstraliya, Portuqaliya və digər dövlətlər Fələstini rəsmi tanıdıqları barədə bəyanatlar veriblər. BMT Baş Assableyasının Nyu-Yorkda baş tutan iclasında Netanyahu beynəlxalq birliyin sərt təpkisi ilə üz-üzə qaldı. Bundan sonra Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti baş tutdu. Tədbirdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması Qəzza bölgəsi və bütün Yaxın Şərq  coğrafiyası üçün ümid işığı kimi görünür. Qeyd edək ki, atəşkəsin bərpası HƏMAS və İsrail Trampın təklif etdiyi 20 bəndlik sülh planının birinici hissəsini qəbul etdikdən sonra baş tutub. Sənədi Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Bütün bunlardan sonra Netanyahunun müharibəni dayandırmaqdan başqa yolu qalmadı. Əks ssenari indiyədək İsrailə hərbi və siyasi dəstək verən ABŞ-ın dövlət başçısı D.Trampın nüfuzuna ciddi xələl gətirə bilərdi ki, bu da Netanyahu üçün arzuedilən deyildi. Əks halda o, Trampın dəstəyi əvəzinə, onun böyük qəzəbini qazana bilərdi.

İndiki mərhələdə əsas vəzifə Qəzzada əldə olunan atəşkəsi uzunmüddətli sülhə çevirmək və tamamilə dağıdılmış regionu bərpa etməkdən ibarətdir. Yerlə-yeksan edilmiş Qəzzanın bərpasını sıfırdan həyata keçirmək lazım gələcək. Zəruri infrastruktur qurulmalı, yaşayış evləri tikilməli, iş yerləri yaradılmalıdır. Bunun üçün isə böyük həcmlərdə maliyyə vəsaiti tələb olunur. BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım proqramı üzrə administratorunun xüsusi nümayəndəsi Yako Silliers tələb olunan vəsaitin həcmini açıqlayaraq bildirib: “BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərərin və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”.

Beləliklə, görünən odur ki, Netanyahu üçün başqa seçim variantı  yoxdur və o, beynəlxalq birliyin, o cümlədən də D.Trampın təzyiqləri qarşısında əvvəllər tutduğu radikal mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb. Elə İsrail üçün də ən doğru seçim budur. Unutmaq olmaz ki, hər bir ölkənin, xalqın xoşbəxtliyi qonşularla qurulan münasibətlərdən asılıdır.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri