Fələstin muxtariyyətinin baş naziri: HƏMAS silahı yerə qoymalıdır
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Qəzza İordan çayının qərb sahili və Şərqi Qüdslə birləşdirilməlidir".
Oxu.Az xəbər verir ki, bu sözləri Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının İsrail və Fələstinin "iki dövlət" həllinə dair konfransdakı çıxışında Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa deyib.
O, fikrinin davamında bəyan edib ki, Qəzza Fələstin hökumətinin nəzarətinə keçməlidir.
Məhəmməd Mustafa bəyan edib ki, HƏMAS-ın Qəzza zolağındakı nəzarəti sona çatmalı və o, silahlarını yerə qoyaraq Fələstinin Muxtariyyətinə təhvil verilməlidir.
"BMT mandatı altında olacaq beynəlxalq və regional kontingenti Qəzzaya dəvət etməyə hazırıq", - deyə Məhəmməd Mustafa qeyd edib.
Fələstinin Muxtariyyətinin Baş naziri bütün dünya ölkələrini iki dövlət prinsipinin həyata keçirilməsini təşviq etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 29 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















