Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Fələstin uğrunda mübarizə: HƏMAS silahı yerə qoyacaq?

Fələstin uğrunda mübarizə: HƏMAS silahı yerə qoyacaq?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Fələstin Prezidenti Mahmud Abbas HƏMAS-ı Qəzza zolağına nəzarətdən əl çəkməyə və silahlarını təhvil verməyə çağırıb. Bu barədə Fələstin prezidenti İraqın paytaxtı Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının 34-cü sammitində bildirib. Təbii ki, Fələstin liderinin bu açıqlaması bir sıra suallara səbəb olub.

Yəni HƏMAS-ın ləğvi vahid sistem, vahid qanun, vahid ordu, bir sözlə - vahid dövlət yaratmaq baxımından nə qədər əhəmiyyətlidir və ümumiyyətlə, bu təklif İslam Müqavimət Hərəkatını qane edə bilərmi? HƏMAS-ın ləğvi Fələstin üçün hansı müsbət və ya mənfi nəticələrlə yadda qala bilər?

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Oxu.Az-a müsahibəsində bu sualları cavablandırıb. Bildirib ki, HƏMAS-ın İsraillə barışıq və girov mübadiləsi ilə bağlı xəbərləri təkzib etməsi, razılaşmanın pozulması və ya danışıqların nəticə verməməsi, İsrailin Qəzzada yeni hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalını artırması fonunda diqqətlər yenidən Fələstinin Azadlığı Uğurunda Hərəkatın (FƏTH) lideri Mahmud Abbasa yönəlib:

- Əvvəlki açıqlamalarında HƏMAS-ı günahlandıran, hətta onlara düşmən mövqeyi ilə seçilən "Fəth" liderinin Qəzzada yenidən əməliyyatların bərpa ediləcəyi təqdirdə hansı addımlar atacağı, əslində, proqnozlaşdırılandır. Qarşıdurmanın başlandığı ilk günlərdən "Fəth" proseslərdə daha çox, müşahidəçi mövqeyi və ya HƏMAS-ı günahlandıran açıqlamaları ilə yadda qalıb. İndi də dəyişən bir şeyin olmayacağı gözlənilir. Lakin bütün bunlar gündəmə "Fəth"-HƏMAS münasibətlərini yenidən daşımaqdadır.

- Bəs Fələstinin azadlığı üçün yaranmış bu iki qüvvə nə üçün bir-birinə münasibətdə belə barışmaz mövqe sərgiləyir? Münasibətlərin belə olmasına hansı amillər təsir edib?

- "Fəth" ilə HƏMAS arasındakı rəqabət Fələstin siyasətinin ən ciddi daxili böhranlarından biridir, Fələstin daxili siyasətində uzun illərdir davam edən dərin parçalanmanı və rəqabəti təmsil edir. Bu rəqabət təkcə iki təşkilatın hakimiyyət uğrunda mübarizəsi deyil, həm də fərqli ideoloji yanaşmaların, siyasi strategiyaların və beynəlxalq münasibətlərə baxış bucaqlarının toqquşmasıdır. Onların qarşıdurması Fələstin xalqının birgə mübarizə qabiliyyətini zəiflədir, İsrailin siyasi və hərbi üstünlük qazanmasına şərait yaradır, bölgədəki gərginliyi daha da dərinləşdirir.

Hər iki təşkilat Fələstin xalqının maraqlarını təmsil etdiyini iddia etsə də, ideoloji, siyasi və taktiki baxımdan bir-birindən fərqli mövqelərə malikdir. 1959-cu ildə Yasir Ərəfat tərəfindən qurulmuş, əsasən milli-sekulyar bir təşkilat olan "Fəth"in məqsədi Fələstin dövlətinin yaradılmasıdır. "Fəth" uzun illər ərzində diplomatik yolla və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək məqsədlərinə çatmağa çalışır. HƏMAS isə 1987-ci ildə, Birinci İntifa zamanı qurulmuş islamçı bir təşkilatdır. İdeoloji baxımdan "Müsəlman qardaşları" hərəkatına bağlıdır, İsraili tanımır və silahlı müqaviməti qanuni vasitə kimi qəbul edir. Bu iki fərqli yanaşma Fələstin məsələsində vahid siyasi kursun müəyyənləşdirilməsini mümkünsüz edir. Məhz bu cür fərqli yanaşmalar Fələstin üçün yaradılan bu iki ciddi qüvvəni hər zaman biri-birinə münasibətdə ya məsafəli edib, ya da ümumiyyətlə qarşı duran tərəflərə çevirib.

2006-cı ildə HƏMAS-ın parlament seçkisində qələbə qazanması və 2007-ci ildə Qəzzada hakimiyyəti zorla ələ keçirməsi "Fəth"-HƏMAS qarşıdurmasını açıq bir siyasi parçalanmaya çevirdi. HƏMAS bu seçkidə gözlənilmədən qalib gəldi. "Fəth" nəticələri qəbul etsə də, HƏMAS-ın beynəlxalq təcridi və Qərbin maliyyə yardımlarını dayandırması ilə siyasi böhran başladı. 2007-ci ildə HƏMAS-ın "Fəth"ə bağlı təhlükəsizlik qüvvələrini Qəzzadan qovması ilə bölgəyə tam nəzarəti əlinə keçirdi. O zamandan indiyədək Qəzza zolağı HƏMAS nəzarətində, İordan çayının qərb sahili isə "Fəth"in (Fələstin Muxtariyyəti) nəzarətindədir.

- Deyə bilərikmi ki, məhz bu hadisə Fələstin siyasi həyatında "ikili hakimiyyət" vəziyyətini yaratdı və birləşmə cəhdlərini xeyli çətinləşdirdi?

- 2007-ci ildən bu yana müxtəlif vaxtlarda Misir, Qətər və digər regional güclərin vasitəçiliyi ilə bir çox barışıq təşəbbüsləri olub. 2011, 2014, 2017 və 2020-ci illərdə razılaşmalar əldə olunsa da, heç biri tam olaraq icra edilməyib. Əsas səbəblər isə tərəflərin hakimiyyət paylaşımı üzərində razılaşa bilməməsi, təhlükəsizlik qüvvələrinin kimə tabe olacağı məsələsi, HƏMAS-ın silahlı qanadının statusu, xarici aktorların (İsrail, ABŞ, Misir və s.) müdaxiləsi və mövqeləri kimi məsələlər olub.

- Bəs Mahmud Abbas indi niyə susur və aktiv deyil?

- 2023-cü ildə başlayan Qəzza müharibəsi "Fəth"-HƏMAS münasibətlərinə əlavə gərginlik qatdı. "Fəth", xüsusilə Mahmud Abbas rəhbərliyi, HƏMAS-ın hərbi strategiyasını tənqid edir və bu münaqişələrin Fələstin xalqına zərər verdiyini bildirərək Fələstinin öz içində maksimum dərəcədə öz siyasi-ideoloji təsirlərini qorumağa, hətta genişləndirməyə çalışır. HƏMAS isə "Fəth"i passiv mövqe sərgiləməklə müqavimətə xəyanətdə, korrupsiyada və beynəlxalq güclərlə iş birliyinə getməkdə ittiham edir.

Hazırda isə Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın susqunluğu bir neçə səbəblə izah oluna bilər. Bu ilk növbədə onunla əlaqədardır ki, Abbasın rəhbərlik etdiyi "Fəth" hərəkatı və Fələstin Muxtariyyəti Qəzzada faktiki nüfuza malik deyillər. HƏMAS hələ də bu bölgədə güclüdür və öz nüfuzunu, təsirini saxlayır. Qəzza HƏMAS-ın nəzarətindədir və bu səbəbdən Abbasın bu məsələlərə birbaşa təsiri məhduddur.

Digər məqam Fələstinin öz daxilində gedən proseslərlə əlaqədardır. Abbas uzun müddətdir ki, həm yaş faktoru, həm də demokratik legitimliyin olmaması (2006-cı ildən bəri ümumi seçkilər keçirilməyib) səbəbi ilə tənqid olunur. Ona etimad tam deyil və burada HƏMAS-ın da rolunu xüsusi qeyd etmək yerinə düşər. Abbas HƏMAS-ın silahlı müqavimət strategiyasından uzaq durmağa çalışır və İsrailə qarşı sərt ritorikadan çəkinir ki, Qərbin dəstəyini itirməsin. Bir çox ərəb ölkələri isə HƏMAS-ı dəstəkləmir və Abbas bu ölkələrlə münasibətləri pozmamaq üçün də ehtiyatlı davranır. Nəticə etibarilə, Qəzzada hərbi əməliyyatların yenidən başlaması ehtimalı realdır və bu, regionda humanitar vəziyyəti daha da pisləşdirə bilər. Abbas isə mövcud balansı pozmamaq üçün səssizliyə üstünlük verir, lakin bu, onun siyasi çəkisinin daha da azalmasına səbəb ola bilər. "Fəth"-HƏMAS rəqabəti isə təkcə iki təşkilat arasında deyil, eyni zamanda, ideyalar, yollar və gələcək vizyonlar arasında bir toqquşmadır. Bu rəqabət sona çatmadan və tərəflər arasında real, səmimi milli uzlaşma əldə olunmadan nə Qəzza, nə də Qərb Sahili üçün sabitlik mümkündür.

Fələstin xalqının uzunmüddətli maraqları yalnız bu parçalanmanın aşılması və milli birliyin təmin olunması ilə qoruna bilər. Əks halda bu siyasi ikitirəlik işğalın dərinləşməsinə və Fələstin məsələsinin daha da marginallaşdırılmasına səbəb olacaq.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri