Icma.az
close
up
RU
Fələstin səfirliyi beynəlxalq birliyə çağırış edib

Fələstin səfirliyi beynəlxalq birliyə çağırış edib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi İsrailin Fələstin xalqına qarşı təcavüzünü artırması ilə bağlı xəbərdarlıq edib və təcili beynəlxalq tədbirlər görməyə çağırıb.

525.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.

Səfirlik bütün işğal olunmuş Fələstin ərazilərində, xüsusilə Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin xalqına qarşı davam edən təhlükəli vəziyyətdən dərin narahatlığını ifadə edib.

Qeyd olunub ki, İordan çayının qərb sahilinin şimalında, xüsusilə də Tulkərm və Nur Şəms qaçqın düşərgələrində qarşı tərəf son bir neçə gün ərzində genişmiqyaslı basqın əməliyyatları həyata keçirib, nəticədə 106 ev və obyekt dağıdılıb, yüzlərlə vətəndaş isə didərgin düşüb. Bu, həmin düşərgələrin sakinlərinin öz düşərgələrini boşaltmaq və zorla yeni reallıq tətbiq etmək üçün sistemli siyasətin bir hissəsidir. Hesabatlar göstərir ki, beynəlxalq humanitar hüquq kobud şəkildə pozularaq, cəmi 24 saat ərzində onlarla ev, infrastruktur dağıdılıb.

Qəzza zolağında İsrailin hərbi təcavüzü 19 aydan çoxdur ki, davam edir və görünməmiş humanitar fəlakətə səbəb olub. Bu günə qədər 52.500-dən çox fələstinli həlak olub, əksəriyyəti qadın və uşaq olan 118 mindən çox çox insan yaralanıb, minlərlə qurban hələ də dağıntılar altında qalıb. Bu, həmçinin xəstəxanalar, məktəblər və sığınacaqlar da daxil olmaqla infrastrukturun geniş şəkildə məhv edilməsinə və 1,9 milyondan çox insanın məcburi köçkün düşməsinə səbəb olub. Qəzza zolağındakı binaların təqribən 80%-i zərər görüb və humanitar yardımın daxil olmasının sıx blokadası böhranı daha da dərinləşdirib ki, bu da onlarla insanın, əksəriyyəti uşaqlar, xəstələr və qocaların aclıqdan ölməsinə səbəb olub.

Vurğulanıb ki, baş verənlər ədalətli və davamlı sülhə nail olmaq yolunda istənilən şansı sarsıdır: "Davam edən bu gərginlik fonunda, Fələstin Dövlətinin Səfirliyi bütün ölkələri, beynəlxalq qurumları və media orqanlarını öz hüquqi və humanitar məsuliyyətlərini dərk etməyə, İsrailin bu hərəkətlərini pisləyən aydın və qəti mövqe nümayiş etdirməyə, cinayətlərin və pozuntuların dayandırılmasına çalışmağa, beynəlxalq hüquq pozuntularının qarşısının alınmasına, beynəlxalq hüququn müdafiəsini təmin etməyə, hüquqi qətnamələr əsasında ədalət və sülhün əldə olunmasına çağırır".

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri