Fələstin beynəlxalq ictimaiyyətə, BMT yə çağırış edib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Fələstin Dövləti İsrail hökumətinin işğal olunmuş İordan çayının qərb sahilində geniş əraziləri guya “dövlət torpaqları” kimi təsnifləndirmək qərarını qəti şəkildə pisləyir və bu addımı qanunsuz, eyni zamanda Fələstin ərazilərinin ilhaqına yönəlmiş qəsdən atılmış addım kimi qiymətləndirir.
Bu barədə xalqcebhesi.az-a Fələstinin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda deyilir.
Qeyd olunur ki, Fələstin Dövləti təsdiq edir ki, bu addım beynəlxalq hüquqa əsasən etibarsızdır və ilhaqa doğru faktiki bir addımdır; bu isə Fələstin dövlətinin əsaslarını və yaşamaq qabiliyyətini sarsıdır.
Fələstin Dövləti, həmçinin, bu qərarı beynəlxalq hüquqi nizama və beynəlxalq ictimaiyyətin iradəsinə birbaşa çağırış kimi dəyərləndirir. Bu, beynəlxalq sülh və təhlükəsizlik prinsiplərinin ciddi şəkildə pozulmasıdır və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə açıq şəkildə ziddir; həmin qətnamə Şərqi Qüds də daxil olmaqla işğal olunmuş bütün Fələstin ərazilərində məskunlaşmaların (yəhudi yaşayış məntəqələrinin) qanunsuzluğunu bir daha təsdiqləmişdir.
Bu qərar, eyni zamanda, İsrail işğalının qanunsuzluğunu təsdiqləyən Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinə də ziddir.
Fələstin Dövləti beynəlxalq ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasını və bütün aidiyyəti beynəlxalq hüquqi qurumları bu qanunsuz, birtərəfli addımlara qarşı qəti mövqe sərgiləməyə, işğalçı gücü çəkindirmək və iki dövlətli həllə təhlükə yaradan, beynəlxalq konsensusu sarsıdan, regional sülh və sabitliyi riskə atan davam edən ilhaq və məskunlaşma fəaliyyətini dayandırmaq üçün təcili addımlar atmağa çağırır.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 16 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















