Fələstin və İsrail liderləri yaxalarına nə taxıblar?
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
BMT Baş Assambleyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas yaxalarında taxdıqları simvolik işarələrlə diqqət çəkiblər.
Modern.az xəbər verir ki, Netanyahu çıxışının əvvəlində auditoriyaya yaxasında yerləşdirdiyi QR-kodu telefonları ilə skan etməyi tövsiyə edib.
Kod izləyiciləri 2023-cü il 7 oktyabrda HƏMAS tərəfindən törədilən hücumların görüntülərinə yönləndirib.
“Siz də görəcəksiniz ki, biz niyə döyüşürük və niyə qalib gəlməliyik", - o qeyd edib.
Fələstin lideri Mahmud Abbas isə çıxışını video bağlantı ilə edib, yaxasına “açar” sancıb. Bu açar 1948-ci il Ərəb-İsrail müharibəsi zamanı yurdlarını itirən fələstinli qaçqınların evlərinə qayıtmaq ümidini simvolizə edir. Fələstin xalqı həmin kütləvi köçü “Nakba”, yəni “faciə” adlandırır.
Bir çox qoca fələstinlilər bu gün də o dövrdən qalmış real ev açarlarını saxlayır, baxmayaraq ki, onların əvvəlki mülklərinə qayıdış ehtimalı çox aşağıdır.
İsrailin xarici işlər naziri Gideon Saar isə Abbasın açar taxmasını kəskin tənqid edib. Onun sözlərinə görə, bu jest “İsrailin məhvini simvolizə edən mesaj” kimi qəbul olunur. Saar vurğulayıb ki, fələstinlilərin “qayıdış hüququnun” məhdudiyyətsiz şəkildə tanınması İsrail dövlətini faktiki olaraq aradan qaldıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 26 Sentyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















