Icma.az
close
up
RU
Fələstini tanıyan ölkələrin sayı artır: Bu, ciddi dəyişiklik yaratmayacaq

Fələstini tanıyan ölkələrin sayı artır: Bu, ciddi dəyişiklik yaratmayacaq

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son aylar Yaxın Şərqdə baş verən gərgin proseslər dünya ictimaiyyətinin diqqətini bir daha Fələstin məsələsinə yönəldib. Xüsusilə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar, minlərlə mülki insanın həlak olması və bölgədə humanitar böhranın dərinləşməsi beynəlxalq reaksiyalara səbəb olub. Bu vəziyyət bir sıra Qərb dövlətlərini Fələstinlə bağlı daha sərt və prinsipial mövqe sərgiləməyə vadar edir.

Məlumata görə, Fransa Fələstin dövlətini rəsmən tanımağa hazırlaşır. Kanada da bu istiqamətdə oxşar addım atmağı planlaşdırır. Bu qərarların verilməsi Fələstin məsələsində beynəlxalq hüququn tətbiqi baxımından mühüm mərhələ sayıla bilər. 


Maraqlıdır, bu tanınma hansı nəticələrə gətirib çıxara bilər və bölgədəki gərgin geosiyasi mənzərəni dəyişəcəkmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Fələstin uzun illərdir özünü müstəqil dövlət kimi elan etsə də, İsrail onun bu statusunu qəbul etmir və hüquqlarını tanımır. 


“İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar, İordan çayının qərb sahillərinin İsrail ərazisi kimi legitimləşdirilməsi haqqında qanun qəbul etməsi Fransa və Kanadada ciddi narahatlıq yaradıb. Bu ölkələr beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan ediblər”, – deyə politoloq vurğulayıb.

Bununla belə, Əsədullazadənin sözlərinə görə, bu tanınma hər hansı ciddi dəyişiklik yaratmaya da bilər: 

“Çünki İsrailin arxasında onu hər zaman dəstəkləyən güclü müttəfiq olan ABŞ dayanır. Tramp hətta Qəzzada əhalinin köçürülməsində maraqlıdır. Belə olan təqdirdə, Fələstin üçün proses müsbət inkişaf etməyəcək”.

Qeyd edək ki, indiyədək BMT-yə üzv olan 193 ölkədən 143-ü Fələstini tanıyıb.


Eyni zamanda Aİ-nin 27 üzvündən səkkizi – Polşa, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, İsveç və Kipr – Fələstini dövlət kimi tanıyır. Onlardan yalnız İsveç 2014-cü ildə Fələstini suveren dövlət kimi tanıyıb. Kamerun və Eritreya istisna olmaqla, bütün Afrika dövlətləri Fələstini dövlət kimi tanıyır.


Firuzə Əliyeva
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri