Yeni diplomatik cəbhə: Fələstini tanıyan ölkələrin sayı artır
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gələn ay Fransa Fələstini rəsmi şəkildə dövlət kimi tanımağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Paris belə bir qərar qəbul edə bilər, lakin bu, emosiyalar əsasında deyil, faydalı olacaqsa baş verəcək.
Portal yazır ki, iyun ayında Fransa və Səudiyyə Ərəbistanı Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edəcək. Bu sammitin sonunda Paris və Ər-Riyad Fələstini tanıdıqlarını açıqlaya bilərlər.
Xatırladaq ki, ötən il Norveç Fələstin dövlətini tanıdığını açıqlayıb. Ardınca İspaniya və İrlandiya da bu qərarı verib. İsrail isə cavab olaraq bu üç Avropa ölkəsindən səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Baş nazir Netanyahu onların qərarını “terrora verilən mükafat” adlandırıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 May 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















