Icma.az
close
up
RU
Fələstinin ardıcıl tanınması İsraillə sülhün əldə edilməsinə təsir edəcəkmi? AÇIQLAMA

Fələstinin ardıcıl tanınması İsraillə sülhün əldə edilməsinə təsir edəcəkmi? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Fələstin dövləti son günlərdə bir sıra ölkələr tərəfindən ardıcıl şəkildə tanınır. Bu addımlar beynəlxalq aləmdə Fələstinin siyasi mövqeyini gücləndirsə də, sual yaranır: belə tanınma İsrail-Fələstin münaqişəsində sülh əldə etməyə nə qədər təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Fələstinin tanınması 1947-ci ildə BMT tərəfindən qəbul olunmuş qətnaməyə uyğundur, yəni iki dövlət prinsipinə əsaslanır:

"Hesab edirəm ki, münaqişənin tez bir zamanda aradan qalxmasının yeganə optimal yolu məhz bundan ibarətdir. Fələstini tanıyan ölkələr artıq 1947-ci ildən bu yana davam edən münaqişənin sona çatması istəyindən bunu edirlər. Bildiyimiz kimi, BMT Baş Assambleyasının 80-ci toplantısında Fransa Prezidenti Makron məhz bu mövqedən çıxış edərək tribunadan Fələstini tanıdığını bildirdi. Diqqət yetirsək, görərik ki, Avropa ölkələrində əhali də Fələstinə dəstək nümayiş etdirir. Məsələn, İtaliyanın Baş naziri Fələstini tanımaqdan imtina etdikdən sonra kütləvi etiraz aksiyaları keçirildi və oxşar hadisələr Avropanın digər ölkələrində də müşahidə olunub".

Müsahibimiz əlavə etdi ki, bu günlərdə bu, həm də ciddi bir təsir amilinə çevrilib, yəni cəmiyyətdən hakimiyyətə ötürülən impuls rolunu oynayır. Elşad Mirbəşiroğlunun sözlərinə görə, bir çox ölkələr öz elektorat bazalarını möhkəmləndirmək üçün Fələstinə dəstək nümayiş etdirirlər, çünki sadə insanlar münaqişə bölgəsində baş verənlərdən narahatdır və fələstinlilərə dəstək göstərirlər.

"Fələstinin tanınması bundan sonra da BMT üzvü olan ölkələr tərəfindən davam edəcəkdir. Böyük Britaniya, Kanada, Fransa kimi ölkələrin Fələstini tanıması ciddi bir siqnaldır və bu prosesin davamlı olacağına işarədir. Bu, həm də BMT-nin nüfuzuna müsbət təsir göstərə bilər, çünki son illərdə BMT-nin təsir gücünün azaldığı və beynəlxalq təşkilat obrazının formalaşmaqda olduğu müşahidə olunur. BMT-nin strukturunda dəyişikliyin vacibliyi səsləndirilir. 1947-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə uyğun davranılması, hesab edirəm ki, təşkilatın nüfuzuna çox müsbət təsir göstərəcək. Ən əsası isə bu, bölgədə vəziyyətin stabilləşdirilməsi baxımından da təsirli amil rolunu oynayacaq", - deyə o, fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri