Icma.az
close
up
RU
Fələstinin gələcəyi ANALİZ

Fələstinin gələcəyi ANALİZ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əsas risklər və mümkün ssenarilər

Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə HƏMAS-İsrail savaşı bölgənin gələcəyini böyük sual altına qoyub. Dünyanın əksər ölkələri, hətta İsrailin dostları iki dövlət prinsipinə üstünlük verirlər. Bölgənin gələcəyi üçün bir çox faktoru nəzərə almaq lazım gəldikdə, indiki vəziyyəti mütləq nəzərə almaq gərəkdir. Bu gün Fələstin iqtisadiyyatı çox ciddi və ağır zərbə alıb. Qəzza Zolağında demək olar ki, bütün əhali yoxsulluq səviyyəsindədir və Qərb Sahilində də rifah səviyyəsində böyük düşük var. Regionda və Fələstin torpaqlarında siyasi və inzibati parçalanma mövcuddur: Qəzzada hərəkətdə olan silahlı qruplar, Qərb Sahilində isə başqa güclər, bu da vahid və təsirli Fələstin rəhbərliyinin formalaşmasını çətinləşdirir.

Region üzrə geosiyasi mühit dəyişir, ərəb ölkələri ilə əlaqələr, ABŞ-Rusiya-Çin rolu, İranın dəstəyi kimi faktorlar Fələstinin vəziyyətinə təsir edir. Beynəlxalq hüquq və status məsələləri ciddi risk altındadır. BMT-nin baş katibi António Guterreşin sözlərinə görə, Fələstin “məhv olmaqla üz-üzədir”, xüsusilə İsrailin İordan çayının qərb sahilinin bir hissəsini ilhaq etməsi ehtimalı nəzərdə tutulur.

Ssenarilər hazırkı meyllərə və risklərə əsaslanaraq mümkündür. İki dövlətli həll yolu. Bu, uzun illər ərzində qəbul edilən modeldir ki, İsrail və Fələstin dövləti sülh içində yanaşı yaşayır. Lakin hazırda torpaq parçalanmaları, məskunlaşmalar, təhlükəsizlik məsələləri bu ssenarini çətinləşdirir.

Bir dövlətli həll və ya “de facto” birləşmə. Bəzi analitiklər hesab edir ki, iki dövlətli modelin reallaşma ehtimalı azalır və zamanla Fələstin torpaqları və ya İordan çayının qərb sahili + Qəzza kimi ərazilər İsrailin daha çox nəzarətinə keçə bilər – bu isə bir dövlətli vəziyyətə gətirib çıxara bilər. Statu-kvo və uzunmüddətli donmuş münaqişə ssenarisi isə heç biri tərəf üçün qənaətbəxş olmayaraq, münaqişə uzun illər ərzində statik şəkildə davam edə bilər. Məskunlaşmalar artar, gərginliklər qalıcı olar, Fələstin öz dövləti statusunu qazanmaz.

Yeni regional düzən və Fələstin üçün alternativ model variant isə region ölkələrinin rolunu artıra bilər. Fələstin üçün fərqli idarəçilik modelləri təklif olunar. Məsələn, muxtar zonalar və ya “əmirlik” tipli quruluşlar. Məsələn, analitiklər “Fələstin Əmirlikləri” modeli üzərindən düşünürlər.

Bölgədə İqtisadi çətinliklər yaşanır. Fələstin ərazilərində uzun müddətli iqtisadi böhran riski yüksəkdir. Fəth Hərəkatı ilə digər qüvvələr arasında birlik zəifdir. Təhlükəsizlik və İsrailin apardığı məskunlaşma siyasəti narahatlıqları davamlı şəkildə artırır. Ərəb-İsrail normallaşması, İran və digər regional qüvvələrin müdaxiləsi Fələstinin mövqeyini dəyişə bilər. Fələstin əhalisinin yaşadığı humanitar böhran beynəlxalq etiraza səbəb olur. Fikrimizcə, yaxın 5-10 il ərzində Fələstin tam müstəqil və suveren bir dövlət olaraq dünyada tanınmayacaq, lakin bəzi muxtar statuslar əldə edə bilər. Qəzza və Qərb Sahili üçün konkret idarə formaları və beynəlxalq dəstəklə yenidənqurma proqramları görülə bilər. Lakin iki dövlətli həllin tam şəkildə tətbiqi yaxın gələcəkdə çox çətin görünür.

Gaza Zolağında çox ciddi humanitar fəlakət var. Aclıq, mal-qida çatışmazlığı, səhiyyə sisteminin çöküşü və çoxsaylı məcburi köçlər müşahidə edilir. Məsələn, BMT xəbər verir ki, “yüksək səviyyədə aclıq” riski mövcuddur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan bir qiymətləndirmə göstərir ki, Gəzzada 10 il ərzində təxminən 53.2 milyard ABŞ dolları yenidənqurma, infrastruktur və iqtisadi/sosial bərpa üçün tələb olunur. Gəzza zolağında işsizlik artıb və istehsal kəskin düşüb. Bəzi mənbələr qeyd edir ki, işsizlik təxminən 80 %-ə yaxınlaşıb. İşgüzar fəaliyyət, sərmayə qoyuluşu və ticarət olanaklarında ciddi məhdudlaşma var.

Münaqişə, mühasirə şəraiti və hərbi əməliyyatlar infrastrukturu dağıdıb, iqtisadi fəaliyyətləri məhdudlaşdırıb. Uzun müddətli nəticə belədir ki, rifah səviyyəsinin azalması, yoxsulluq artması, gələcəkdə gənc nəsillər üçün imkanların daralmasına səbəb olacaq. Misir münaqişənin qonşu ölkəsi kimi birbaşa narahatdır, öz sərhədləri, təhlükəsizlik və qaçqın axını riski ilə üz-üzədir. Misir tərəfindən irəli sürülən bir plan var. Gəzza üçün yenidənqurma planı hazırlanıb və prinsip etibarilə HƏMAS hərəkatının idarə olunmamasını şərt kimi qoyur. Misirin bir sıra sülh danışıqları və sərhəd məsələləri üzrə vasitəçilik rolu var.

Səudiyyə Ərəbistanı regionda daha balanslı diplomatik mövqe tutmağa çalışır və Fələstin məsələsində strateji bir oyunçu olaraq görülür. Məsələn, Səudiyyə rəhbərlik səviyyəsində “Fələstin dövlətinin olması” şərtini vurğulayıb və İsrail ilə münasibətlərdə bu faktorun vacibliyini qeyd edib. Türkiyə də regionda diplomatiya və iqtisadi əlaqələr baxımından aktivdir. Misir-Türkiyə əməkdaşlığı da yenidən canlanmaqdadır. Türkiyə Fələstin məsələsində ictimaiyyətə yönəlmiş mövqe tutub və diplomatik vasitəçilik baxımından özünü göstərmək istəyir.

Region ölkələri arasında Fələstin məsələsində fərqli strategiyalar mövcuddur: bəziləri “yenidənqurma + müstəqil Fələstin dövləti” modelinə üstünlük verir, digərləri isə daha çox regional təhlükəsizlik və geosiyasi maraqları nəzərdə tutur. Region dövlətlərinin rolu həm sülh prosesində, həm də təhlükəsizlik mexanizmlərində münaqişənin gələcəyi üçün vacibdir. Lakin bu dövlətlər də müəyyən çatışmazlıqlarla üz-üzədir, İsrail ilə münasibətlər, ABŞ-la əməkdaşlıq, İran və digər regional aktorlarla balans, həmçinin daxili ictimai rəyə uyğun hərəkət etmək kimi.

Proqnozlardan nə gözləmək olar?

Əgər region ölkələri sabit mexanizmlərlə iştirak edə bilsələr, Fələstin üçün iqtisadi bərpa və infrastrukturun yenidən qurulması mümkün ola bilər. Məsələn, Misirin 53 milyard ABŞ dolları səviyyəsində yenidənqurma planı var. Diplomatik səviyyədə iki dövlətli həllin reallaşması üçün region ölkələrinin dəstəyi vacib qalacaq. Türkiyə, Səudiyyə, Misir bu baxımdan kritik tərəfdir. Amma müharibə davam edərsə və humanitar vəziyyət daha da pisləşərsə, bu həm Fələstin xalqı üçün, həm region üçün ciddi təhlükə yarada bilər. Struktur bərpanın ləng olması, iqtisadi çöküş və geosiyasi təzyiqlər “qara ssenari”yə səbəb ola bilər. Region ölkələrinin maraqları arasında balans tapmaq vacibdir: Fələstin məsələsində ədalət, suverenlik və təhlükəsizlik tələbləri qarşısında geosiyasi və ekonomik maraqlar da dayanır.

Tramp Fələstin dövlətinin tanınacağına inanır

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun son nəticədə Fələstin dövlətini tanımağa razılaşacağına əminliyini ifadə edib. O, bu fikri CBS News-a müsahibəsində bildirib. Netanyahunu razı sala biləcəyi ilə bağlı sualı cavablandıran Tramp deyib ki, o, “müharibə dövrünün baş naziri” və “çox istedadlı insan” adlandırdığı İsrail baş naziri ilə “yaxşı” münasibətdədir. "Mən onunla çox yaxşı işlədim. Onu bu və ya digər şəkildə bir az itələməli oldum", - o əlavə edib.

ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində Fələstinin HƏMAS hərəkatının lazım gələrsə məhv ediləcəyini bildirib. O əlavə edib ki, hərəkat bundan xəbərdardır. "Onların tərksilah edilməsini istəsəm, onları çox tez tərksilah etməyə məcbur edəcəm. Onlar məhv ediləcəklər. "Onların bundan xəbəri var" deyib.

Oktyabrın 28-i axşam saatlarında İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Qəzzaya bir sıra hava zərbələri endirib. Hava hücumları başlayandan sonra HƏMAS rəhbərliyi atəşkəsə sadiqliyini bəyan edib. Daha sonra Donald Tramp bəyan edib ki, zərbə atəşkəsə təsir etməyəcək. O, həmçinin əlavə edib ki, İsrailin anklavı vurmaq hüququ var və Fələstin hərəkatı “ləyaqətli davranmalı olacaq”.

Qəzzada sülh niyə bu qədər kövrəkdir?

Qəzza zolağında döyüşlər yenidən başlayıb, lakin ABŞ prezidenti Donald Tramp davamlı atəşkəsə ümid edir. Niyə bu regionda sülh bu qədər kövrəkdir və ekspertlərin proqnozları necədir? Qəzza zolağında elan edilən atəşkəs, şübhəsiz ki, Yaxın Şərq sülh prosesində irəliyə doğru mühüm addımdır.
"Mənim başa düşdüyüm odur ki, onlar bir İsrail əsgərini öldürdülər. Bu barədə indicə eşitdim, bu yaxınlarda. Onlar bir İsrail əsgərini öldürdülər. Buna görə də israillilər cavab verdilər. Və onlar cavab verməli oldular. Belə olanda onlar cavab verməlidirlər", - Tramp deyib.

Jurnalistlər ABŞ prezidentindən Qəzzada kövrək atəşkəsə nəyinsə təhlükə olub-olmadığını soruşduqda, o, belə bir şeyin olmayacağına inandırıb. "Xeyr. Bunu heç nə təhlükə altına salmayacaq. Biz başa düşməliyik: Həmas Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir. Və onlar özlərini layiqli aparmalıdırlar... Onlar özlərini yaxşı aparacaqlarını söylədilər. Və əgər yaxşı davransalar, hər şey yaxşı olacaq. Amma etməsələr, məhv olacaqlar", - deyə o, cavab verib. Və o, HƏMAS-ın məhv edilməsinin həqiqətən də mümkün olduğu fikrini təkrarlayıb və qeyd edib ki, belə bir rolu öz üzərinə götürmək istəyən bir çox dövlət var.

Həqiqətən də, Tramp tərəflərin İsrail qoşunlarının razılaşdırılmış xəttə çəkilmələri, girovların mübadiləsi və sonradan zonanın demilitarizasiyası şərti ilə yenilənmiş atəşkəsin birinci mərhələsi üzrə razılığa gəldiyi plan təqdim edib. Və tərəflər atəşkəsi ən azı bir neçə həftə saxlaya bilsəydilər, danışıqlara mərhələli keçid və yenidənqurma mümkün olardı. Bununla belə, Qəzzada reallıqlar hazırda mürəkkəb və çoxqatlıdır: tərəflərin maraqları qarışıqdır, kütləvi dağıntılar və humanitar böhran var. Əgər pozuntular artarsa, Qəzzada sülh yenidən eskalasiyadan əvvəl qısa müddətli fasiləyə çevrilmək riski daşıyır.

V.VƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri