Icma.az
close
up
RU
Fələstinlə bağlı qərar rezonans doğurdu Xristian dövlətlərindən gözlənilməz PLAN

Fələstinlə bağlı qərar rezonans doğurdu Xristian dövlətlərindən gözlənilməz PLAN

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son aylarda bir sıra Avropa ölkələrinin Fələstini rəsmi şəkildə tanıyacağını bəyan etməsi qlobal diplomatiyada ciddi rezonans doğurub.

İspaniya, İrlandiya və Norveç kimi Avropa İttifaqına (Aİ) üzv dövlətlərin bu qərarından sonra Fransa, Almaniya və Böyük Britaniya da oxşar istiqamətdə açıqlamalarla çıxış edib.

Bu addım Aİ-nin ABŞ-ın Yaxın Şərq siyasətindən uzaqlaşmasının ilk real siqnalı kimi dəyərləndirilə bilərmi? Məqsəd həqiqətən də İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara beynəlxalq təzyiqi artırmaqdır?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, Avropanın Fələstinin müstəqilliyini tanımaq qərarının həm uzunmüddətli, həm də cari səbəbləri mövcuddur:

“Uzunmüddətli səbəblər Avropanın, xüsusilə də ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra strateji muxtariyyət ideyasını reallaşdırmaq niyyətindən irəli gəlir. Məlum olduğu kimi, Avropanın strateji muxtariyyəti məsələsi uzun illərdir gündəmdədir. Mövzu zaman-zaman Fransa rəhbərliyi tərəfindən aktuallaşdırılsa da, Avropa bütövlükdə bu ideya ətrafında bir araya gələ bilmirdi.

Trampın prezident seçilməsindən sonra transatlantik münasibətlərdə yaranan gərginlik, xüsusən də Avropanın təhlükəsizlik məsələlərində ABŞ-a etimadının sarsılması bu ideyanı daha da aktuallaşdırdı. Trampın yenidən prezident seçilməsi fonunda Avropada strateji muxtariyyət konsepsiyası daha geniş dəstək qazanmağa başladı.

Belə görünür, Avropa İttifaqı ABŞ-dan müstəqil güc mərkəzi kimi çıxış etməyə qərar verib. Fələstinin müstəqilliyini tanımaq qərarı da bu yanaşmanın bir göstəricisidir. Məsələ ilə bağlı ABŞ-dan fərqli, müstəqil mövqe ortaya qoyulur. Burada diqqət çəkən məqamlardan biri də Böyük Britaniya ilə Avropa qitəsinin paralel mövqe nümayiş etdirməsidir. Britaniyanın hazırkı baş naziri Kir Starmerin dövründə London ilə Brüsselin ortaq mövqedən çıxış etməsi müşahidə olunur. Yəni Fələstini tanımaq qərarı Aİ-nin beynəlxalq münasibətlər sistemində müstəqil güc mərkəzinə çevrilmək ambisiyasının nəticəsidir”.

Həmçinin oxuyun:

Ağ Ev Ərdoğanla razılaşdı, 45 illik “silah” sıradan çıxarıldı – Trampın inanılmaz Bakı arzusu


Şahin Cəfərli

Politoloq əlavə edib ki, Qəzzadakı qırğınlar Avropanın daxili sabitliyinə də təsir göstərir:

“Fransada, Almaniyada və Böyük Britaniyada böyük müsəlman icmaları mövcuddur. Bu icmaların bir hissəsi yerli vətəndaşlardır, digər hissəsi isə əmək miqrantları kimi həmin ölkələrdə yaşayırla.

Fələstində baş verən qırğınlar həmin icmalarda ciddi narahatlıq doğurur. Avropa ölkələrinin hadisələrə biganə yanaşması müsəlman icmalarının və sol siyasi qüvvələrin etirazlarına səbəb olur. Belə bir qərarın verilməsində daxili ictimai-siyasi faktorların da təsiri var.

Bundan əlavə, müstəqil Fələstin dövlətinin yaradılması regionda sabitliyin təmin olunması baxımından da vacibdir. Fələstin uzun müddətdir ki, parçalanmış vəziyyətdədir: Ramallahda Mahmud Abbas, Qəzzada isə HƏMAS hakimiyyəti mövcuddur.

Müstəqil Fələstin dövləti həm də güclü bir administrasiyanın formalaşması ilə bütövləşə və möhkəmlənə bilər. Bu baxımdan, Avropa ABŞ-dan fərqli olaraq, Yaxın Şərqdə sabitliyin yaradılmasında daha çox maraqlıdır.”

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri