Icma.az
close
up
RU
Femida könüllülərinin I Ümumrespublika Forumu keçirildi Fotolar

Femida könüllülərinin I Ümumrespublika Forumu keçirildi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət himnin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra “Femida Könüllüləri” Təşkilatının bir illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Forumda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Könüllüləri” Təşkilatının sıralarına hazırda 500-dən çox könüllünün qoşulduğunu diqqətə çatdırıb: 

"Bu, ali təhsil müəssisələrinə, hüquq fakültələrinə böyük dəstəkdir. Könüllülük fəaliyyəti hüquq fakültələrindəki təcrübəyə töhfə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, gənc hüquqşünasların daha təcrübəli, daha praktikaya yaxın biliklərlə ali təhsil müəssisələrini bitirməsinə gətirib çıxarmalıdır. Ona görə də təşkilatın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bir il ərzində göstərilən fəaliyyət öz müsbət nəticələrini verib və əminəm ki, bu daha da yaxşı olacaq. Məlumdur ki, bu il Prezident İlham Əliyev tərəfindən "Konstitusiya və Suverenlik İli" elan edilib və müvafiq qurumlara tapşırıqlar və tövsiyələr verilib. Əminəm ki, "Femida Könüllüləri" təşkilatı bu fəaliyyətdə aktiv olaraq iştirak edəcək və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq qurumlara dəstək verəcək".

Hazırda könüllülük hərəkatının bütün dünyada təqdir olunan, etimad göstərilən və hörmətlə qarşılanan hərəkatlardan biri olduğunu deyən ədliyyə nazirinin müavini Abiddin Hüseynov fikirlərinə belə davam edib: "Çünki könüllülük fədakarlıq, əzmkarlıq deməkdir və bu işləri təmənnasız görməkdir. Bu baxımdan hər kəs həmin keyfiyyətləri özündə birləşdirib könüllülük fəaliyyəti ilə məşğul ola bilmir. Bu gün Femida könüllüləri həm də hüquqşünas könüllülərdir. Hüquqşünaslıq peşədən əlavə bir sosial məsuliyyətdir. Hüquqşünas qanunları bilməklə yanaşı, onları ədalətli tətbiq etməyi bacarmalı, fəaliyyəti zamanı insanpərvərliyini, ədalət hissini itirməməlidir. Femida könüllüləri bir çox təşkilatlarda bu fəaliyyətlə məşğuldurlar. Bu, onların özləri üçün də böyük imkanlar açır. Həmin fəaliyyət onların təkcə hüquqi bilik və bacarıqlarını tətbiq etmələrinə, yeni vərdişlər əldə etmələrinə deyil, həm də onlara karyera yüksəlişi üçün geniş imkanlar açmağa, özlərini təqdim etməyə imkan verir. Bu fəaliyyət nəticəsində biz də könüllülər sırasından fərqlənən gəncləri gələcəkdə ədliyyə orqanları sıralarında görmək istəyir, onlara müxtəlif təkliflər edirik.  Onlar gələcəkdə Azərbaycanın tanınmış hüquqşünasları, hakimləri, prokurorları, vəkilləri və digər müxtəlif peşə sahələrində uğurla çalışan şəxsləri olacaqlar".

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilovun sözlərinə görə isə bir illik fəaliyyəti yeni tamam olmuş belə bir könüllülük təşkilatının bu dərəcədə vüsət alması əslində təsadüfi deyil. Bunun səbəbi ölkəmizdə hüquqşünasların hər bir təşkilatda öz sözlərini deməyə qadir olmaları ilə əlaqəlidir. Ona görə də Femida könüllülərinin bir illik fəaliyyətinə baxanda heç də təəccüblənməməliyik.

Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov isə VK-nın hər zaman gənclərə dəstək göstərdiyini vurğulayıb.

Mediasiya Şurasının sədri Nadir Adilov "Femida Könüllüləri" Təşkilatı ilə sıx əməkdaşlıq etdiklərini və könüllülərin fəaliyyətindən məmnun olduqlarını bildirib.

Forum çərçivəsində, həmçinin səmərəli fəaliyyətinə görə Femida Könüllüləri mükafatlandırılıblar.

Bununla yanaşı, Könüllülərin Elektron İdarə Edilməsi Sisteminin təqdimatı olub. 

Forum çərçivəsində “Dövlət Qurumlarında Hüquqşünas Gənclər üçün İnkişaf Şəraiti” və “Hüquqşünas Gənclər üçün Özəl Sektorda Təcrübə İmkanları” mövzularında dəvət olunmuş qonaqlarla panel görüşləri də keçirilib. 

Qeyd edək ki, Forum Azərbaycan Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilib.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Fevral 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri