Icma.az
close
up
RU
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçirilir FOTOLAR

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçirilir FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

4-9 mart tarixlərində ölkəmizdə ilk dəfə Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçirilir. 

"Cebheinfo.az" xəbər verir ki, festival öz işinə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu” mövzusunda elmi seminarla başlayıb.

Festivalın təntənəli açılış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xəyal Əliyev və Sahil Quliyev) iştirakı  ilə baş tutub. Açılışda Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər  Samir Məmmədov, Zəminə Mustafayeva, Rövşən Məmmədov, Anar  Quliyev, Şirxan Cahangirov, Azər Verdiyev “Böyük Dayaq” kinofilmindən Pərişanın mahnısı, “Qatar" təsnifi,  “Laylay”, “Dağlar qızı reyhan”, “Yar üçün”, “Evləri var xana-xana”, “Göygöl” və bəstəkarın digər  mahnılarını ifa ediblər.  Ansamblın “Nağaralarla rəqsi” böyük rəğbətlə qarşılanıb. 

Festivalın ilk günü, eyni zamanda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor Xəyal Qəhrəmanov)  müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, Beynəlxalq və respublika müsabiqələr laureatı Mirnofəl Həsənov(tar), Seymur Sadıqov (balaban), solistlər Rüstəm Cəfərov, Fuad Ramazanov, “Küçələrə su səpmişəm”, “Evləri var xana-xana” xalq mahnılarını, “Baharımsan”, “Gülərəm gülsən”, "Gülüm” romanslarını, “Aşıqsayağı”, “Kor ərəbin mahnısı”nı ifa ediblər.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri