Icma.az
close
up
RU
Fənər dən növbəti əzmkarlıq Tedesko tarixi rekordun astanasındadı

Fənər dən növbəti əzmkarlıq Tedesko tarixi rekordun astanasındadı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə çempionatında 22-ci turun mərkəzi oyununda ''Fənərbaxça'' ''Trabzonspor''un qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, oyun İstanbul nəhəngi üçün uğurlu başlamadı. Muçi artıq 6-cı dəqiqədə meydan sahiblərini hesabda önə keçirdi. Amma bu mövsüm dəfələrlə xarakter göstərən ''Fənər'' yenə vəziyyəti lehinə dəyişə bildi.
Talişka və Kərəm Aktürkoğlunun qoluna trabzonluların əsas bombardiri Onuaçu cavab verdi və ilk hissə 2:2-lik bərabərliklə yekunlaşdı. Amma ikinci hissənin əvvəllərində ''sarı-lacivərdlilər''in bu mövsüm ən yaxşı oyunçularından biri olan Asensionun vurduğu qol həlledici oldu. ''Fənər'' bununla da ''Trabzonspor'' üzərində ardıcıl 5-ci qələbəni qazanmış oldu. İstanbul nəhənginin bu rəqibə qarşı sonuncu dəfə belə seriyası 2002-05-ci illərdə olmuşdu.
Maraqlıdı ki, komandanın Trabzonda əldə etdiyi son 3 qələbənin hər birində 3:2 hesabı qeydə alınıb. ''Fənər'' bu mövsüm Türkiyə çempionatında hesabda geriyə düşdüyü oyunlarda ən çox (14) xal qazanan komandadı. Səfərdə isə ''Fənər'' hesabda geriyə düşdüyü 4 qarşılaşmanın hamısında qələbə qazanıb! Bu nəticə ilə komanda tarixində ilk dəfə mövsümün ilk 22 turunu məğlubiyyətsiz tamamlamış oldu!
Domeniko Tedesko da yavaş-yavaş adını klub tarixinə yazdırır. O, ''Fənər''in başında keçirdiyi 19-cu superliqa oyununda da məğlubiyyət acısı yaşamadı (13 qələbə, 6 heç-heçə). Klubun tarixində daha öncə yalnız bir məşqçi - ingiltərəli Oskar Hold (1964/65) ilk 19 çempionat oyununda məğlubiyyət acısı yaşamamışdı.
''Fənər'' növbəti turda ''Kasımpaşa''ya da uduzmasa, Tedesko adını klub tarixinə yeni rekordla yazdırmış olacaq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri