Icma.az
close
up
RU
Tedesko: “Keremin Fənər də olmasından xoşbəxtik“

Tedesko: “Keremin Fənər də olmasından xoşbəxtik“

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fənərbaxça" UEFA Avropa Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Nitsa"nı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko fikirlərini bölüşüb.

“Təlim-məşq prosesi ilə bağlı fikrim yoxdur. Mən burada deyildim. İkinci hissədəki enişin səbəbi, komandanın ilk hissədəki yüksək tempidir. Dünən Marko Asensio məşqdə yox idi, qrip idi, amma hərarəti yox idi və oynamasına qərar verdik. Lakin 60-cı dəqiqədə çıxardıq, çünki gücü tükənmişdi. Meydanda olan hər kəs komandaya kömək etdi".

Baş məşqçi eyni heyətlə oynamağın çətinliyindən danışıb: “3-4 gündən bir oyun keçirdiyiniz zaman, eyni 11-liklə oynamaq asan deyil. Təzə qüvvəyə ehtiyacınız olur. Sonradan meydana daxil olanlar da kömək etdilər. Mən istəyirəm ki, start heyəti ilə bağlı seçim şansım olsun. Bu gün komanda ardıcıl ikinci dəfə yüksək nəticə əldə etdi. Bu böyük addımdır. Bəzən də istədiyinizi edə bilmirsiniz. Kerem bu gün 2 qol vurdu. Onun, komandanın və azarkeşlərin adına çox xoşbəxtəm. Nene gənc oyunçudur, daha çox oyun təcrübəsinə və inam qazanmağa ehtiyacı var. Çox yaxşı çıxış edir. Potensialı olan bir gəncdir".

Tedesko Keremin rolunu xüsusi vurğulayıb: "Keremin rolu çox vacib idi. O, qol vurmasa belə, tempini, səylərini, presini və komandasına verdiyi dəstəyi görmək mümkündür. Enerjisi bitəndə onu çıxarmaq məcburiyyətində qaldıq. Yüksək səviyyəli və ağıllı oyunçudur. Onun "Fənərbaxça"da olmasından xoşbəxtik. Keremin birə-bir bacarıqları var, biz onu bəzən cinahda, bəzən mərkəzdə istifadə edirik".

İtaliyalı mütəxəssis Yusif En-Nesrinin oyununu da dəyərləndirib: "En-Nesrinin çıxışını sadəcə vurduğu qollarla ölçmürəm. Onun nə qədər qaçdığını, meydanda nələr etdiyini görürsünüz. Baş məşqçi üçün əsas olan bunlardır. 7 gün əvvəl hər şey çox pis görünürdü, bu gün isə hər şey çox yaxşı… Əslində belə deyil. Zaqrebdə uduzanda hər şey pis deyildi, bu gün də hər şey çox yaxşı deyil".

ÇL: Həftənin oyunçusu bəlli oldu Çempionlar Liqasında həftənin qoluna namizədlər: Addai də siyahıda ÇL: Həftənin futbolçusu adına 4 namizəd Mateuş Silva: “Qələbələr bizi arxayınlaşdırmamalıdır” “Qarabağ”dan tarixi qələbə: ölkə əmsalı artdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://apasport.az
archiveBu xəbər 03 Oktyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri