Icma.az
close
up
RU
Fənər in ulduzu ayrılmaq istəməsi barədə xəbərlərə sərt reaksiya verdi

Fənər in ulduzu ayrılmaq istəməsi barədə xəbərlərə sərt reaksiya verdi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Mövsüm bitdikdən sonra yeni buraxdığı albom ilə vətəni Braziliyada 9 konsertlik bir turneyə çıxan ''Fənərbaxça''nın ulduzu Anderson Talişka bir müsahibə verib.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu orda işlətdiyi açıqlamadan sonra onun Türkiyədən ayrılmaq istəməsi barədə yayılan şayiələrə sərt reaksiya bildirib. Əvvəlcə Talişkanın Braziliya mətbuatına verdiyi açıqlama ilə tanış olaq. Braziliyalı jurnalist Joqo Alberto ondan ilk klubu olan ''Bayya''ya qayıtmaq ehtimalının olub-olmadığını soruşub. Bu klubun yetirməsi olan 31 yaşlı futbolçu bunları deyib:

''Bayya''ya artıq bu qış qayıda bilərdim. Amma ''Fənərbaxça''ya və klub prezidentinə artıq söz vermişdim. Bu transfer bütün Türkiyənin diqqət mərkəzində idi. Çünki Türkiyədə bir dönəm rəqib komandada da oynamışdım. Ona görə də verdiyim sözün üstündə durdum. ''Fənər''lə ilyarımlıq müqavilə imzalamışam. Yəni artıq 6 aydan sonra istədiyim klubla ilkin anlaşma əldə edə bilərəm. Ancaq bu, təkcə mənnən asılı deyil. İstənilən halda bu, mənim üçün mühüm bir dönüş olardı. Ancaq futbolçular adətən 31-32 yaşda vətənə qayıtmır. Qışda ''Əl-Nəssr'' ilə qarşılıqlı anlaşaraq vidalaşdım. Həmin vaxt ''Bayya''nın idman direktoru Kadu Santoro ilə görüşüm oldu. O mənim menecerimlə də tez-tez söhbətləşir. Həmin vaxt bəzi məqamları müzakirə etdik. Çünki karyeramda hələ çatmaq istədiyim bir çox hədəf var. Düzdü, bunlara ''Bayya''da da çata bilərəm. Həm də 15 ildi, vətəndən kənarda oynayıram. Bu da geri qayıtmaq istəməyimin səbəblərindən biridi. ''Bayya'' əvvəlki illərlə müqayisədə dəyişib və böyüyüb. Orda hər şey yaxşı səviyyədə təşkil olunub və fikrimcə, artıq məni geri qaytarmağa hazırdılar''. Məhz bu sözlər ''Fənər'' fanatları tərəfindən birmənalı qarşılanmayıb. Klubun azarkeş səhifələrindən biri buna aid paylaşım edərək Talişkanın ayrılmaq istədiyinə işarə vurub.''Sambaçı'' isə təmbəllik etməyərək buna cavab verib. Özü də ardıcıl iki paylaşımla! İlk paylaşımda o ''mən hələ başlamamışam, amma indidən belə sözlər eşidirəm. Bu cür hörmətsizlik heç bir çərçivəyə sığmır'' sözlərini yazıbsa, ikinci paylaşımında ''Türkiyə çempionatına hörmət etməyən bir nəfər mənə futbolu öyrədən bir klub haqda bu cür sözlər dediyimə görə belə bir xəbər ortaya çıxarıb''


Daha öncə ''Beşiktaş''da forma geymiş Talişkanın indiyə qədər ''Fənər''də 23 rəsmi oyunda 12 qol, 2 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri