Icma.az
close
up
RU
Fənər li futbolçular rəhbərliyə Mourinyo ilə bağlı şərt qoydular!

Fənər li futbolçular rəhbərliyə Mourinyo ilə bağlı şərt qoydular!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

''Fənərbaxça''da çətin və çalxantılı günlər davam edir. Bir tərəfdən başqan Əli Koça qarşı imza kampaniyası aparılırsa, digər tərəfdən futbolçular da ''qazan qaldırır''.

Komanda daxilində ab-havanın qaydasında olmadığı məlum olub. Bunun aşkar sübutunu zatən 35-ci turda hər kəs görmüşdü. Həmin vaxt ''İstanbul BŞ'' ilə səfər oyununda komanda yoldaşları Duşan Tadiçin qarşısını kəsməsəydi, onunla Anderson Talişka elə meydanın ortasında əlbəyaxa olacaqdı.
Rəhbərliyin təzminat məsələsi üzündən əli-qolu bağlıdı. Joze Mourinyonun köməkçiləri qovulsa da, portuqaliyalı mütəxəssis belə görünür, işini davam etdirəcək. Amma Mourinyonun vəzifəsində qalması bir çox futbolçunun narazılığına səbəb olub.
Türkiyə mətbuatının yazdığına inansaq, 5 futbolçu - Ləvənt Mercan, Cenk Tosun, İrfan Can Kahveci, İsmayıl Yüksək və Aleksander Ciku rəhbərliyin qarşısına ''Mourinyo ilə yola davam edilsə, biz gələn mövsüm üçün komandada yoxuq'' şərtini irəli sürüblər. Bundan başqa Anderson Talişka ilə Fred rəhbərliyə belə bir şərt qoymasalar da, onların Mourinyonun oynatdığı sistemdən kəskin narazı olduqları məlum olub.
Bu iddiaları gücləndirən ən tutarlı açıqlamanı bu günlərdə Elvir Baliç vermişdi. ''Fənərbaxça''nın sabiq futbolçusu olan və hazırda ''Bein Sports''da şərhçi kimi çalışan Baliç komanda daxilində ciddi problemlərin olduğuna işarə vuraraq bunları demişdi:

''Mənim gözümdə artıq Mourinyonun heç bir nüfuzu qalmayıb. Ona daha bir mövsüm səbr edilməməlidi. Komandada qarşılıqlı sevgi və hörmət varsa, futbolçular baş məşqçi üçün oynayır. ''Qalatasaray''lı futbolçuların 99 faizi Okan Buruku sevir. ''Fənərbaxça''lı futbolçuların isə əksinə 90 faizi Mourinyonun qovulmasını istəyir''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 İyun 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri