Icma.az
close
up
RU
Mourinyo “Fənər”in psixoloji durumunu yaxşılaşdırmağa çalışacaq

Mourinyo “Fənər”in psixoloji durumunu yaxşılaşdırmağa çalışacaq

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionluq həsrəti 14 ilə çatan “Fənərbaxça”, bilindiyi kimi, yeni mövsümə də Joze Mourinyo ilə start vermək qərarına gəlib.

"Football-plus.az"ın məlumtına görə, İstanbul nəhəngi yeni “futbol ili”nin hazırlığına iyulun 8-də start verəcək. Daha sonra “Fənər”i Portuqaliya toplanışı gözləyir. Komanda Mourinyonun doğulduğu Setubal şəhərindən cəmi 25 km məsafədə yerləşən Albufeyra şəhərində ikihəftəlik toplanış keçəcək. İyulun 14-27-ni əhatə edəcək bu toplanış çərçivəsində “sarı-lacivərdlilər” iyulun 17-də “Portimonense”, 20-də “Sanderlend”, 23-də “Əl-İttihad” ilə qarşılaşacaq.
İyulun 26-da “Eysebio kuboku” çərçivəsində “Benfika” ilə keçirilməli olan oyunun baş tutub-tutmayacağı hələ də bəlli deyil. Çünki bu komandaların Çempionlar Liqasının təsnifatında bir-birinə rəqib olmaq ehtimalı var. İddialara görə Mourinyo icarədən qayıdanlar da daxil olmaqla bütün futbolçuların hazırlığın əvvəlində iştirak etməsini istəyir. O hazırlıq planını, məşqlərin axarını indidən hazırlayıb və bütün oyunçuların durumunu öz gözü ilə görmək istəyir. Hələ ki Ceko, Tadiç, Kostiç, Sen-Maksimen və Osayi-Samueldən başqa heç kimlə vidalaşmayan “Fənər”də futbolçuları çox ağır bir hazırlıq dönəmi gözləyəcək. Mourinyo məşqdə futbolçuların dözümlülüyünü, fiziki yetərliliyini və fərdi performansını artırmağa çalışacaq. Oyunçuların yağ və çəki ölçüləri gündəlik nəzarətdə saxlanılacaq. Lazım gələndə hər futbolçu üçün ayrıca məşq proqramı hazırlanacaq.
Türkiyə mətbuatının yazdığına inansaq, Portuqaliya toplanışı kluba, demək olar, tam havayı başa gələcək. Əksinə, yoxlama matçlarında müəyyən gəlir əldə olunacaq. Mourinyo məhz Portuqaliyada futbolçuların bir-biri ilə olan əlaqələrini və komandada psixoloji durumu yaxşılaşdırmağa çalışacaq. Belə ki, oyunçular məşqlərdən əlavə masa tennisi, çimərlik voleybolu, stolüstü oyunlarda özünü sınaya biləcək. Axşamlar futbolçular birlikdə filmə baxacaq və barbekü məclisləri təşkil olunacaq. Ötən mövsümün xüsusilə ikinci dövrəsində “Fənərbaxça”nın daxilində ab-havanın yaxşı olmadığı, futbolçular arasında qruplaşmalar yarandığı hiss edilmişdi. Tadiçlə Talişkanın az qala əlbəyaxa olması bunun ən gözəl nümunəsi idi.
Mourinyo hər nə qədər bütün futbolçuları sınaqdan keçirmək istəsə də, icarədən qayıdan bəzi isimlərin komandada qalmayacağını indidən əminliklə söyləmək olar. Məsələn, ötən mövsümü uyğun olaraq, “Tuluza” və “Hall Siti”də keçirən Linkoln Enrike ilə Miha Zayts portuqaliyalının planlarına daxil deyil. Rəhbərlik onların ayrılmasına problem yaratmayacaq. Bu arada komandada 3-cü qapıçının dəyişəcəyi bəlli olub. Belə ki, bu statusda olan 22 yaşlı Əruğrul Çətinlə yollar ayrılacaq. Yeni mövsümdə 3-cü qapıçı rolunu U-19 komandasının əlcək sahibi Engin Can Biterge yerinə yetirəcək. ABŞ-da çox qalmayan və komandaya dönən Cengiz Ündəri sabiq klubu “İstanbul BŞ” istəyir. Mourinyo onun ayrılmasında problem görmür. Amma təcrübəli məşqçi İsmayıl Yüksəkin ayrılmasını istəmir. Türkiyə yığmasının üzvü yeni mövsümdə də az oynayacağı təqdirdə “Fənər”də qalmaq niyyətində deyil. Komandanın ən az qazanan oyunçularından olan və illik cəmi 15 min avro maaşa oynayan Yusuf Akçiçəklə tezliklə yeni müqavilə imzalanacaq. Avropanın bir çox klubunun hədəfində olan gənc müdafiəçinin maaşı 850 min avroya qaldırılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see196

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see173

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see154

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see130

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri