Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Fənər qalib gəlməsə də, istəyinə çatdı

Fənər qalib gəlməsə də, istəyinə çatdı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul nəhəngləri həftəni Avropada qələbəsiz tamamladı. Amma ''Fənərbaxça'' qalib gəlməsə belə, Belçikada istəyinə çatdısa, ''Qalatasaray'' bu mövsüm 3-cü dəfə ''Alkmaar''la bacara bilmədi və avrokuboklarla vidalaşdı.

"Football-plus.az" xəbər verir ki, Okan Burukun əsas sürprizi qapıda Günay Güvənçə şans verməsi oldu. Fernando Muslera 14 illik ''Qalatasaray'' karyerası ərzində ilk dəfə zədəsi olmadığı halda, ehtiyatda qaldı!
''Alkmaar'' oyuna daha fəal başladı. Sanki qələbə Türkiyə çempionuna yox, qonaqlara lazım idi. Təkcə bir faktı vurğulayaq ki, ''Alkmaar'' ilk yarıda qapıya 16 (!) zərbə vurdu. Bunların 6-sı ''çərçivə''yə düşdü və biri qolla nəticələndi. ''Cim-Bom'' bütün diqqətini qol vurmağa yönəltdiyindən müdafiədə çox ciddi boşluqlar buraxırdı. İkinci hissə ''Alkmaar''ın daha bir şok qolu ilə başladı və bundan sonra faktiki cütün taleyi barədə suallar bitdi. ''Sarı-qırmızılar''ın gücü yalnız məğlubiyyətdən qurtulmağa yetdi. Amma ''Alkmaar''ın matçboyu 7 real fürsət yaratdığını, Günay Güvənçin oyunu 9 seyvlə tamamladığını nəzərə alsaq, uduzmamağın özü belə meydan sahibləri üçün kiçik bir uğur oldu. Ötən mövsüm olduğu kimi ''Qalatasaray'' yenə AL-də pley-off səddini adlaya bilmədi.
İlk görüşdəki böyükhesablı qələbəyə və bir neçə gündən sonra prinsipial derbi matçının olmasına baxmayaraq, Mourinyo rotasiyaya əl atmamışdı. O, demək olar ki, ən güclü heyəti meydana buraxmışdı. Oyunun əvvəli qarşılıqlı kobud səhvlərlə başladı. 4-cü dəqiqədə ''Anderlext''in müdafiəçisi Lukas Hey ''Fənər''ə qol “bağışladısa”, 18-ci dəqiqədə bu dəfə Şkrinyarla qapıçı İrfan Can birləşərək belçikalılara bərabərlik qolunu “hədiyyə etdilər”. Bu iki qolun arasında oyunda təxminən 20 dəqiqəlik fasilə yarandı. Tribunalarda Osayi-Samuelə qarşı irqçilik edildiyindən hakim oyunçuları paltardəyişmə otağına göndərdi. İkinci hissənin əvvəllərində yerli fanatlar ayağa qalxdı. Vaskes dubl etməklə onları ümidləndirdi. Amma bu ümid çox uzun çəkmədi. Künc zərbəsi zamanı mərkəz müdafiəçiləri ön plana çıxdılar. Şkrinyarın başla ötürməsindən sonra Yusuf Akçiçək başla qol vurdu. 19 yaşlı futbolçunun ''Fənər''də ilk qolu belə bir vacib məqama təsadüf etdi. Beləliklə, ''sarı-lacivərdlilər'' ardıcıl 3-cü mövsümdə avrokuboklarda 1/8 finalda oynamaq haqqı qazandı. Komanda 2022/23-də AL-in 1/8 finalında ''Sevilya''ya, ötən mövsüm isə KL-in 1/4 finalında ''Olimpiakos''a oyunsonrası penalti seriyasında uduzaraq mübarizəni dayandırmışdı.
Avropa Liqası, pley-off, cavab oyunları
Qalatasaray - Alkmaar (Niderland) 2:2 (ilk oyun - 1:4)
[/b]
Osimhen, 56. Şallai, 70 - Vaikuma, 42. Kasius, 55.
Qalatasaray: Günay Güvənç, Yelert, Sançes (Metehan Baltacı, 46), Kuesta, Əbdülkərim Bardakcı, Şallai, Torreyra (Berkan Kutlu, 61), Sara (Yusuf Dəmir, 73), Mertens (Kərəm Dəmirbay, 46), Barış Alpər Yılmaz, Osimhen (Berat Luş, 80).
[b]Anderlext (Belçika) - Fənərbaxça 2:2 (0:3)
Vaskes, 19; 55 - Ən-Nəsiri, 4. Yusuf Akçiçək, 63.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 68), Şkrinyar, Amrabat, Yusuf Akçiçək, Kostiç, Fred, Şimanski (Mərt Hakan Yandaş, 84), Tadiç (İrfan Can Kahveci, 78), Ceko (Cenk Tosun, 84), Ən-Nəsiri (Talişka, 67).
Faktlar
* ''Qalatasaray'' 328-ci avrokubok matçından 89-cu dəfə bərabərliklə ayrıldı (116 qələbə, 123 məğlubiyyət, top fərqi - 451:498).
* ''Qalatasaray''ın avrokuboklarda qələbə həsrəti 6 oyuna çatdı (4 heç-heçə, 2 məğlubiyyət).
* ''Qalatasaray''ın Niderland klublarına qarşı qələbəsiz seriyası 8 oyuna yüksəldi (2 heç-heçə, 6 məğlubiyyət). İstanbul nəhənginin ümumilikdə Niderland klublarına qarşı keçirdiyi 12 oyunda yalnız 2 qələbəsi var (2 heç-heçə, 8 məğlubiyyət). Son qələbə 2001-də ÇL-in qrupunda PSV ilə ev oyununda əldə olunub (2:0).
* ''Alkmaar'' tarixi ərzində Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 10-cu oyunda da məğlub olmadı (5 qələbə, 5 heç-heçə)!
* ''Qalatasaray'' 9 dəfə avrokubokların pley-offuna səfərdə ən azı 3 top fərqi ilə uduzmaqla başlayıb və bunların 8-də mərhələni keçə bilməyib. Yeganə istisna 1988/89-da ÇK-nın 1/4 finalında İsveçrə təmsilçisi “Ksamaks”la dueldə yaşanıb (səfərdə 0:3, evdə 5:0).
* ''Qalatasaray''ın rəsmi matçlarda qol vurmaq seriyası 33 oyuna yüksəldi.
* ''Qalatasaray'' bu mövsüm 2-si ÇL-də, 10-u AL-də olmaqla avrokuboklarda keçirdiyi 12 oyunun heç birində qapısını toxunulmaz saxlaya bilmədi və bu qarşılaşmalarda ümumilikdə 22 qol buraxdı!
* ''Qalatasaray'' ötən mövsüm 56 rəsmi oyunda 55 qol buraxmışdısa, komanda bu mövsüm keçirdiyi 37 rəsmi oyunda artıq 57 qol buraxıb!
* Osimhen ''Qalatasaray''da keçirdiyi 25-ci rəsmi oyunda vurduğu qolların sayını 20-yə çatdırdı.
* ''Fənərbaxça'' avrokuboklarda 284-cü oyundan 61-ci dəfə bərabərliklə ayrıldı (112 qələbə, 111 məğlubiyyət, top fərqi - 388:404).
* ''Fənərbaxça'' avrokuboklarda Belçika klublarına qarşı keçirdiyi 13 oyunun yalnız 2-də uduzub (7 qələbə, 4 heç-heçə).
* ''Fənərbaxça''nın AL-də keçirdiyi son 30 qarşılaşmada cəmi 5 məğlubiyyəti var (14 qələbə, 11 heç-heçə).
* Ən-Nəsiri ''Fənərbaxça''da 36-cı rəsmi oyunda 24-cü qolunu vurmaqla şəxsi rekordunu təkrarladı. Merakeşli forvard buna qədər peşəkar karyerasının ən məhsuldar mövsümünü 2020/21-də ''Sevilya''da keçirmiş, 52 rəsmi oyunda 24 qol vurmuşdu.
* Ən-Nəsiri iştirak etdiyi son 8 rəsmi oyunun hamısında fərqlənməyi bacarıb və bu müddətdə 12 qol vurub.
* Mourinyo məşqçi karyerasında avrokuboklarda (ÇL, AL, KL) 31-ci dəfə pley-offda mərhələ adlamağı bacardı. O, bu göstəricidə Karlo Ançelotti ilə birlikdə Avropa futbolunun rekordçusudu!
Oyundan sonra
Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi:

''Hədəfimiz erkən qolla oyunun havasına girmək və rəqibi çətin duruma salmaq idi. Bunu bacarmadıq, üstəlik fasiləyə geridə yollandıq. İkinci hissənin əvvəllərində yaxşı oynadığımız anlarda daha bir qol buraxdıq. Sançesi qorumaq üçün əvəzlədim. Zədə almaq ehtimalı var idi. Durumu 2:2-yə gətirsək də, rəqib qapımız önündə çox fürsət yaxaladı. Günayın önəmli seyvləri oldu. Matçı yüksək səviyyədə keçirdi. Hər iki oyunda da avrokubok ərizəmiz dar olduğu üçün istədiyimiz heyətlə oynaya bilmədik. Çox gözəl başlayan avrokubok macəramız bu cür şəkildə başa çatdı. Sevindirici məqam odu ki, heç kim zədə almadı. 3 günlük fasilə ilə ikinci oyunumuzu keçirdik. Rəqib bizdən daha diri görünürdü. Çünki onların həftəsonu çempionat oyunu təxirə salınmışdı. Oyundan öncə ümidli olsaq da, matç istədiyimiz kimi keçmədi. Səviyyəmizin altında bir performans sərgilədik. Əsas mərhələdə bəzi şanssızlıqlar yaşadıq. Malmödə son anlarda buraxdığımız qol olmasaydı və Kiyev ''Dinamo''una qarşı oyun 3:1-dən 3:3-ə gəlməsəydi, birbaşa 1/8-ə aldaya bilərdik. Eniş-yoxuşlar təkcə bizim başımıza gələn bir şey deyil. ''Mançester Siti'' də bu mövsüm bunu yaşayıb. Yəni dünyanın istənilən klubu və istənilən məşqçisi bunu yaşaya bilər. Həvəsdən düşməməliyik. Qarşıdan derbi gəlir. Dincəlib oyuna hazırlaşmaq üçün zamanımız olacaq. Mövsümün əvvəlində kimsə bu dönəmdə ''Fənərbaxça'' ilə ev oyunundan öncə 6 xal öndə olacağımızı desəydi, böyük məmnuniyyətlə buna razılaşardıq. İlk dövrədəki matçda olduğu kimi sakit və soyuqqanlı olmalıyıq. Təmiz və qalmaqalsız bir derbi olacağına ümid edirəm''.


Maarten Martens, ''Alkmaar''ın baş məşqçisi:

''Çox gözəl bir oyun izlədik. Atmosfer də əla idi. ''Qalatasaray'' hücum etməyə, riskə getməyə məcbur idi. Bu da bizə çox qol fürsəti yaxalamağa yardım etdi. Amma onların çoxundan yararlana bilmədik. Bu gün qalib gələ bilməməyimizi möcüzə adlandırardım. Amma bizim üçün faciə deyil. Taktiki, fiziki və psixoloji cəhətdən yaxşı oynadıq. Bu mövsüm həm ''Qalatasaray''a, həm də ''Fənərbaxça''ya qarşı oyun keçirdik. ''Qalatasaray''ı daha çox bəyəndim. Hücuma və macəraya meyilli komandadı''.


David Hubert, ''Anderlext''in baş məşqçisi:

''Bunu söyləməyim bəlkə də düzgün deyil. Amma bugünkü oyunumuzla qürur duydum. İlk matçla müqayisədə çox yaxşı performans sərgilədik. Mərhələni keçə bilməsək də, meydanı başıuca tərk edirik. Sona qədər inanmağa davam etdik. 4-cü dəqiqədə öz səhvimizdən qol buraxdıq. Amma yenə də oyun planımıza sadiq qaldıq. Biz önə keçəndən sonra ''Fənərbaxça'' bir qədər təşvişə düşdü. Elə tribunalarda da həyəcan başladı. Amma sonradan daha bir qol buraxdıq. Səhvlərimiz bizi böyüdəcək və daha da güclü edəcək. Bu gün üçün komandamdan razı qaldım. Qarşımızda qüvvətli bir rəqib var idi və bunu da unutmayaq''.


Joze Mourinyo, ''Fənərbaxça''nın baş məşqçisi:

''Sevincliyəm. Həm növbəti mərhələyə yüksəldik, həm də uduzmadıq. Asan olmayacağını bilirdik. Hesabda geri düşəndən sonra soyuqqanlı olmağa çalışdıq. 2-ci qolumuzdan sonra oyun bitdi. Fredin cəzalı duruma düşməsi üzücü oldu. Avropada 13-14-cü oyunlarımızı keçiririk. Hansısa futbolçuda vərəqələrin üst-üstə yığılması normal haldı. Artıq rəqibimizi gözləyirik. İndi dincəlməyə, otelə gedib dönər yeməyə haqqımız çatır. Sabahdan etibarən isə derbi haqda düşünməyə başlayacam. Avropada yoluna davam edən yeganə Türkiyə klubuyuq. Bunun qürurunu yaşayırıq. Növbəti mərhələdə ''Olimpiakos''la qarşılaşmaq istərdim. Çünki belədə daha az səyahət etməli olacağıq. Amma Şotlandiyaya getməli olsaq da, təbii ki, gedəcəyik. ''Reyncers''in stadionunda əla atmosfer olur. Federasiyanın derbiyə yüksək səviyyəli əcnəbi hakim dəvət etmək qərarından məmnunam. Bəzən elə görükməsə də, mən əslində ''feyr-pley'' tərəfdarıyam. Hər iki tərəf meydana qələbə üçün çıxacaq. Ümid edirəm ki, böyük bir futbol matçı izləyəcəyik''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see353

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see214

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see213

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see211

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see179

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see177

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see176

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see175

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see170

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see169

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see166

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see165

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri