Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“Fənər”in avrokubok macərası yenə penaltilərlə başa çatdı

“Fənər”in avrokubok macərası yenə penaltilərlə başa çatdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buna qədər Türkiyə təmsilçilərinin evdə 2 top fərqi ilə uduzandan sonra mərhələ adlaması faktına rast gəlinməsə də, “Fənərbaxça” Qlazqoya böyük ümidlərlə yollanmışdı.

Joze Mourinyo ilk oyunla müqayisədə Ceko ilə Tadiçi ehtiyatda saxlayaraq həmkarına kiçik bir sürpriz etmişdi. Portuqaliyalı mütəxəssisin start heyətində şans verdiyi Talişka meydanda olduğu müddətdə pis təsir bağışlamasa da, “Fənər”in qəhrəmanı başqa futbolçu oldu. İlk yarıda oyun bərabər səviyyədə keçdi. Amma daha istəkli görünən İstanbul nəhənginin fasilə ərəfəsində “çərçivə”yə vurduğu ilk zərbə qolla nəticələndi. Şimanski Kostiçin ötürməsindən sonra baxımlı qol vurdu.
İkinci hissədə təzyiqi artıran və bir neçə fürsət yaxalayan “sarı-lacivərdlilər” layiq olduqları qolu 73-cü dəqiqədə vurdular. Mərt Müldürün cinah keçidindən sonra verdiyi ötürməni yenə Şimanski tamamladı. Top yolüstü müdafiəçiyə dəyərək tora daxil oldu. 0:2-dən sonra meydan sahibləri təşvişə düşdü. Mourinyo isə Ceko və Tadiçi döyüşə ataraq işi penaltilər seriyasına buraxmaq istəmədiyini göstərdi.
Əsas vaxtın son anlarında “Fənər”li oyunçular sanki fürsətləri boşa vermək yarışına girdilər. İki dəfə Tadiç və iki dəfə Şimanski çox gözəl zərbə mövqeyinə çıxsa da, “çərçivə”yə düşə bilmədi. Ən real fürsəti isə son saniyələrdə təkbətəki dəyərləndirə bilməyən Ən-Nəsiri əldən verdi. Hakimliyə də xüsusi toxunmağa dəyər. Çünki norveçli hakim Espen Eskos bəzi epizodlarda “Fənər”ə qənim kəsildi. 19-cu, 39-cu, 56-cı və 117-ci dəqiqələrdə “Fənər”lilər hakimdən penalti tələb etdilər və onların buna haqqı çatırdı. İlk epizodda hakim Talişkaya qarşı kobudluğu simulyasiya kimi qiymətləndirdisə, digər iki epizodda top “Reyncers”lilərin əlinə dəysə də, VAR işə qarışmadı.
Son epizodda isə rəqib oyunçu açıq-aşkar Mərt Hakan Yandaşın ayağını tapdaladı. Amma 2 dəqiqəlik VAR incələməsi yenə hakimin monitora dəvət edilməməsi ilə yekunlaşdı. Üstəlik Mourinyoya da etiraza görə sarı vərəqə göstərildi. Əlavə vaxtda qol olmayınca bu duelin taleyi futbol lotereyasında həll olundu. Burda isə “Reyncers”lilər daha soyuqqanlı təsir bağışladılar. “Fənər”də Ceko ilə Ciku penaltini qola çevirdiyi halda, Tadiç, Fred və Mərt Hakan topu tora göndərə bilmədi. Beləliklə, ardıcıl 2-ci mövsümdə “Fənər”in avrokubok macərası penalti seriyasındakı uğursuzluqla başa çatdı.
Avropa Liqası, 1/8 final, cavab oyunu
Reyncers (Şotlandiya) – Fənərbaxça 0:2

Şimanski, 45; 73.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Tadiç, 74), Mərt Müldür (Ciku, 88), Şkrinyar, Yusuf Akçiçək, Kostiç, Amrabat, Fred, Şimanski (Mərt Hakan Yandaş, 106), Talişka (Ceko, 74), Ən-Nəsiri (İrfan Can Kahveci, 106).
İlk oyun – 3:1.
Faktlar
* “Fənərbaxça” avrokuboklarda 286-cı oyunda 113-cü qələbəsini qazadı (112 məğlubiyyət, 61 heç-heçə, top fərqi - 391:407).
* Şimanski son 17 ildə avrokubokların pley-offunda səfərdə dubl edən ilk “Fənərbaxça”lı futbolçu oldu. Sonuncu dəfə bunu 2008-ci ildə ÇL-in 1/8 finalında “Sevilya” ilə səfər oyununda (2:3) Deyvid bacarmışdı.
* “Fənərbaxça” ardıcıl 3-cü mövsümdə avrokuboklarla əsas vaxtda qalib gələrək vidalaşdı. Komanda ardıcıl 2-ci mövsüm isə avrokuboklarla penalti seriyasında uduzmaqla vidalaşdı. “Fənər” 2022/23-də AL-in 1/8 finalında “Sevilya”ya (səfərdə 0:2, evdə 1:0), ötən mövsüm isə KL-in 1/4 finalında “Olimpiakos”a (səfərdə 2:3, evdə 1:0, p. - 2:3) uduzaraq mübarizəni dayandırmalı olmuşdu.
* Təsnifat mərhələlərini saymasaq, “Fənərbaxça” indiyə qədər avrokubokların pley-offuna 26 dəfə ev məğlubiyyət ilə başlayıb və bunların hamısında mübarizəni dayandırmalı olub!
* “Reyncers” avrokuboklar tarixində 12 dəfə pley-offa səfər qələbəsi ilə başlayıb və bunların hamısında mərhələni adlayıb!
* “Reyncers” evdə Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 6-cı oyunda ilk dəfə məğlub oldu (3 qələbə, 2 heç-heçə).
* Şotlandiya təmsilçilərinə qarşı səfərdə keçirdikləri ilk 9 oyunun hamısında qələbəyə həsrət qalan Türkiyə təmsilçiləri (6 heç-heçə, 3 məğlubiyyət) artıq Şotlandiayada ardıcıl 3-cü qələbəni qazandılar. Son iki ziyarətdə “Qalatasaray” “Sent Conston”u (4:2), “İstanbul BŞ” isə “Harts”ı (4:0) məğlub etmişdi.
* Türkiyə təmsilçiləri avrokuboklar tarixində evdəki ilk oyunda 19 dəfə ən azı 2 top fərqi ilə uduzublar və bunların heç birində mərhələni adlaya bilməyiblər. Ümumiyyətlə, evdə uduzandan sonra səfərdə mərhələ keçən son Türkiyə təmsilçisi 2005/06-da UEFA kubokunun 1-ci mərhələsində “Malmö” ilə dueldə “Beşiktaş” olub (evdə 0:1, səfərdə 4:1).
Oyundan sonra
Barri Ferqyuson, “Reyncers”in baş məşqçisi:

“Oyunçularım bu gün xarakter nümayiş etdirdi. 1/4 finala yüksəldiyimiz üçün sevincliyik. Güclü rəqibə qarşı oynadıqda bəzən belə durumlar yaranır. Əsas odu ki, mərhələni adladıq. Oyunçularımla və klubumla qürur duyuram. Penalti seriyasından öncə ümidliydim. Qapıçımıza güvənirdim və o, gözlədiyim kimi səviyyəsini göstərə bildi. Belə anlar fanatlar üçün unudulmazdı. Hər birimiz üçün özəl gecələrdən biri oldu. Mən heç vaxt işlədiyim klublarda penalti seriyasına xüsusi hazırlaşmamışam. Oyunçulara, adətən, “kimin penalti vuracağına öz aranızda qərar verin” deyirəm. Çünki onların yaxşı futbolçular olduğunu bilirəm. Amma “Reyncers”də oynamaq üçün tək yaxşı futbolçu olmaq yetərli deyil. Bunu da onlara izah etməyə çalışıram. Bu gecə onlar üçün çox böyük sınaq oldu və bu sınaqdan üzüağ çıxdılar. 0:2-dən sonra həvəsdən düşüb təslim ola bilərdilər. Amma onlar döyüşməkdə davam etdilər”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Bugünkü oyunumuza qiyməti bizi ilk matçdan sonra “dəfn edən” şərhçilər versin. Dürüst olsalar da, çox sərt sözlər söyləmişdilər. Bu gün üçün komandamla qürur duyuram. Həm döyüşkənlik, həm də oyun baxımından rəqibi bir baş üstələdik. Hakimliyə gəlincə, ümid edirəm ki, UEFA bunu qəsdən etmir. Ağlımdan bir çox şeylər keçir. Bəlkə də bu gün olanlar Budapeştdə yaşananların nəticəsidi. Ancaq buna inanmaq istəmirəm. Deyilənə görə, bu oyuna dünyanın ən yaxşı VAR hakimlərindən biri təyinat almışdı. Onun gecə evə gedəndən sonra pis yatacağını düşünmürəm. Sakitcə çörəyini yeyib başını yastığa qoyacaq. Hələ üstəlik yığma oyunlarına da təyinat alacaq. İtirən, arzularının üzərindən xətt çəkilən isə biz olduq. 3 penaltimiz verilmədi. Çox qəribədi. Özü də hər biri yüzfaizlik penalti idi. Bu gün həqiqətən də əla oynadıq. Həm 90, həm də 120 dəqiqəlik performansa görə biz mərhələni adlamağa layiq idik. Belə məğlub olmaq həmişə üzücüdü. Penaltini qaçıranlar xüsusilə üzgündü. Əslində penalti seriyasına hazırlaşmışdıq. Zərbə vuranları isə oyunçular öz aralarında seçdilər. Təssüf ki, futbol belə oyundu. Penaltini qaçıranlar yox, biz hamımız bu gün məğlub olduq. Qəlbində ümidlə yaşayan hər bir “Fənər”linin adına üzgünəm. Asan olmayacaq. Amma toparlanıb yola davam etməyə çalışacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri