Icma.az
close
up
RU
Fənərbağça dan Qalatasaray a transfer CAVABI: 4 ulduz alacaq

Fənərbağça dan Qalatasaray a transfer CAVABI: 4 ulduz alacaq

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbağça" prezidenti Ali Koç yeni mövsüm üçün heyət planlamasında xüsusilə cinah oyunçularına diqqət çəkərək "Sürətlənməliyik" demişdi.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Leroy Sane ilə bağlı edilən cəhdlər nəticəsiz qaldı və alman ulduzu "Qalatasaray"a keçdi. "Sarı-Lacivərtilər" isə bu transferə cavab olaraq 4 dünya ulduzunu transfer siyahısının zirvəsinə yerləşdirib.

Klub keçmiş oyunçusu Kim Min-Jae-nin "Bayern Münhen"dəki vəziyyətini yaxından izləyir. Alman nəhəngi koreyalı müdafiəçini gələcək planlarına daxil etmədiyini bildirərək ona yeni klub tapmasını istəyib. İngiltərədən "Nyukasl" və İtaliyadan "Milan" ulduz müdafiəçiyə maraq göstərsə də, hal-hazırda ən istəkli komanda Səudiyyə Ərəbistanının "Al-Nassr" klubudur. Koreyalı futbolçunun da bu təklifə müsbət yanaşdığı bildirilir.

"Bülbüllər"in bu transferi diqqətlə izlədiyi, əgər Kim-in ərəb klubuna keçidi baş tutmasa, hərəkətə keçəcəyi iddia olunur.

Eyni zamanda "Fənərbağça"nın müdafiəçi axtarışları ilə bağlı Səudiyyə mətbuatında yeni bir iddia ortaya atılıb. Bildirilir ki, İstanbul klubu "Al-Ahli" ilə Roger İbanezin transferi üçün danışıqlara başlayıb. Klub 26 yaşlı braziliyalı müdafiəçi üçün rəsmi təklif hazırlayır. Keçən mövsüm fənər "Al-Ahli"dən Maksimen-i icarəyə götürmüşdü. İbanezin transferini isə xüsusilə baş məşqçi Joze Mourinyo istəyir.

Portuqaliyalı məşqçi "Roma"da birlikdə çalışdığı İbanezlə İstanbulda yenidən bir araya gəlmək niyyətindədir. "Milan"la Skrinyar barədə danışıqlarda irəliləyiş əldə edə bilməyən klub rəhbərliyi buna görə də diqqətini İbanez üzərinə yönəldib. Bildirilir ki, ulduz futbolçu komanda yoldaşı Merih Demiral vasitəsilə "Fənərbağça" haqqında olduqca müsbət məlumatlar alıb.

Digər tərəfdən, "Sarı-Lacivərtlilər" keçən mövsümün əvvəlində "Frankfurt"da çıxış edən Tuta üçün ciddi səylər göstərmişdi, lakin futbolçu Almaniyada qalmağı üstün tutmuşdu. İndi isə Tutanı yenidən transfer gündəminə alındığı bildirilir. Eyni zamanda "Real Betis", "Villarreal" və "Kristal Palas" da sambaçının transferi ilə maraqlanır. Keçən mövsüm klubunu tərk etməyən braziliyalı bu dəfə ayrılmağa isti baxır.

Tural
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri