“Qalatasaray”dan iki transfer həmləsi: “Fənərbağça” ilə rəqabət
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin “Qalatasaray” futbol komandası qış transfer pəncərəsi ərəfəsində heyətini gücləndirmək üçün iki futbolçunu diqqət mərkəzinə alıb.
İdman.Biz “Takvim” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Köln” komandasının sol cinah hücumçusu Səid Əl-Mala və İngiltərənin “Brayton” klubunun yarımmüdafiəçisi Yasin Ayarini transfer etməyi planlaşdırır.
Məlumata görə, “Qalatasaray” 20 yaşlı Əl-Malanı yaxından izləyir. İstanbul klubunun yaxın günlərdə futbolçunun meneceri ilə əlaqə saxlayacağı və yanvar ayında rəsmi transfer təklifi hazırlayacağı gözlənilir.
Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada keçirdiyi səkkiz oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onun “Köln”lə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Gənc hücumçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
“Qalatasaray”ın digər hədəfi isə 23 yaşlı Yasin Ayaridir. İngiltərənin “TEAMtalk” nəşrinin məlumatına görə, İsveç millisinin yarımmüdafiəçisi ilə Türkiyənin “Fənərbağça” komandası da maraqlanır.
“Qalatasaray”ın daha əvvəl də izlədiyi Ayari təcrübəli yarımmüdafiəçilərə alternativ variant kimi nəzərdən keçirilir. İstanbul təmsilçilərinin futbolçu üçün transfer mübarizəsinə başlama ehtimalı var.
Ayarinin “Brayton”la hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. İngiltərə klubunun müqaviləni 2028-ci ilə qədər uzatmaq hüququ var. Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlarda isə hələlik razılıq əldə olunmayıb.
İsveçli futbolçuya İngiltərənin “Çelsi”, “Nyukasl”, “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”, həmçinin İtaliyanın “Milan” komandaları da maraq göstərir. Daha əvvəl İspaniyanın “Atletiko”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Roma” və “Yuventus” klubları da onu izləyiblər.
Qeyd edək ki, “Qalatasaray” qış transfer pəncərəsində həm yarımmüdafiə, həm də sol cinah hücumunu gücləndirməyi qarşısına məqsəd qoyub.
Baxış sayı:57
Bu xəbər 30 Oktyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















