Fənərbağça Meyson Qrinvud ilə razılaşdı (Foto)
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin "Fənərbağça" klubu heyətini gücləndirmək yolunda mühüm addım atıb.
Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli hücumçu Meyson Qrinvud ilə şəxsi şərtlərdə tam razılığa gəlib.
Fransanın nüfuzlu "L'Equipe" nəşrinin yaydığı məlumata görə, transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir. Lakin tərəflər hələlik qiymət məsələsində ortaq məxrəcə gələ bilmirlər.
Futbolçunun müqavilə ilə məxsus olduğu Fransanın "Marsel" klubu oyunçu üçün qapını 50-55 milyon avrodan açır. İstanbul nəhənginin təklifi isə fərqlidir. "Fənərbağça" bu transfer üçün Fransa təmsilçisinə 30 milyon avro və əlavə bonuslar təklif edib.
Klublar arasında razılıq əldə olunarsa, Meyson Qrinvudun tezliklə İstanbula gələcəyi gözlənilir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 İyun 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















