Qrinvud Fənərbağça da transferin detalları açıqlandı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.
İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Türkiyənin "Fənərbağça" futbol klubu 23 yaşlı futbolçunun transferi ilə bağlı Fransanın "Marsel" klubu ilə tam razılığa gəlib.
İstanbul təmsilçisi bu keçid üçün 40 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon avro bonus nəzərdə tutulub. "Marsel" təklifi qəbul edib və Qrinvuda tibbi müayinədən keçmək, eləcə də müqaviləni imzalamaq üçün icazə verib.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu ilə 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanacaq. Qrinvud yeni klubunda hər mövsüm 10 milyon avro xalis əməkhaqqı qazanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 14 İyul 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















