Fənərbağça nın ala bilmədiyi oyunçu İngiltərə nəhənginə keçməyə yaxındır
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Nyukasl"ın müdafiəçisi Lloyd Kelli karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabitsio Romano yayıb.
Xəbərə görə, onun xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin təmsilçisinin bir müddət öncə Kellini icarəyə götürmək istədiyini, lakin göndərilən təklifin "sağsağanlar"ın rəhbərliyini qane etmədiyini bildirib. Bununla belə, İtaliya klubunun məqsədindən əl çəkmədiyi, 15 milyon avro ödəyərək arxa xətt oyunçusunun transfer hüquqularına yiyələnməyi planlaşdırdığı vurğulanıb. Daha əvvəl "Fənərbağça"nın 13 milyon avroluq təklifinin də ingilislər tərəfindən rədd edildiyi diqqətə çatdırılıb.
26 yaşlı Kelli 2024-cü ilin yayından "Nyukasl"da çıxış edir. Premyer Liqa təmsilçisinin forması ilə bütün turnirlərdə 13 matça çıxan Lloyd 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Yanvar 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















