PSJnin müdafiəçisi İngiltərə nəhənginə keçməyə yaxındır
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
PSJ-nin müdafiəçisi Nunu Mendeş karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Ceyson Bört yayıb.
Xəbərə görə, Mendeşin xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın portuqaliyalı baş məşçqisi Ruben Amorimin 22 yaşlı həmyerlisinin heyətə qatılmasını istədiyini vurğulayıb.
Xatırladaq ki, Mendeş PSJ-yə 2021-ci ilin yayında, 38 milyon avro qarşılığında "Sportinq"dən transfer olunub. Cari mövsüm bütün turnirlərdə 17 matça çıxan arxa xətt oyunçusu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Nununun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















