Icma.az
close
up
RU
Fənərbaxça bu futbolçuları 20 milyon avrodan aşağı satmayacaq

Fənərbaxça bu futbolçuları 20 milyon avrodan aşağı satmayacaq

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

İllərdi davam edən çempionluq həsrətinə heç cür son qoya bilməyən ''Fənərbaxça''nın yayda heyətdə yenidən ciddi dəyişikliklərə gedəcəyi gözlənilir.
''Football-plus.az'' az xəbər verir ki, rəhbərlik ayrılmaq ehtimalı olan bəzi futbolçuların dəyərini müəyyənləşdirib.
Bu mövsüm komandanın sürpriz isimlərindən olan Oğuz Aydına Avropa klubları maraq göstərməkdə davam edir. 24 yaşlı vinger ən çox Fransa nəhəngi ''Marsel''in diqqət mərkəzindədi. Joze Mourinyonun 3 müdafiəçili sistemdə cinah oyunçusu kimi yararlandığı Oğuz bu mövsüm 25 rəsmi oyunda 6 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Türkiyə yığmasının son oyunlarında da məhsuldar ötürmələri ilə ön plana çıxan istedadlı futbolçunu təbii ki, ''Fənər'' elə-belə məbləğə əldən buraxmaq niyyətində deyil. Rəhbərlik 2028-ci ilə qədər müqaviləsi olan Aydına görə 20 milyon avrodan aşağı olan təklifləri dəyərləndirməyəcək. Yeri gəlmişkən, ''Marsel'' ''Fənər''in daha bir üzvü Yusuf Akçiçəklə də ciddi şəkildə maraqlanır. Hətta iddialara görə bu futbolçunun meneceri Mirsad Türkcan başqan Əli Koçla görüşərək transferi müzakirə edib. ''Fənərbaxça'' öz yetirməsi olan və Mourinyonun sayəsində ulduzu parlayan gənc müdafiəçini də 20 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
Bundan başqa Sebastyan Şimanski də artıq ilk vaxtlarda olduğu qədər toxunulmaz görsənmir. ''Sarı-lacivərdlilər''ə 2023-cü ildə Moskva ''Dinamo''sundan 9,75 milyon avroya transfer olunan polşalı futbolçu ilk mövsümdə 55 rəsmi oyunda həm qol (13), həm də məhsuldar ötürmə (19) baxımından ikirəqəmli həddə çatmışdı. Bu mövsüm isə 25 yaşlı futbolçu 48 rəsmi oyunda yalnız 7 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib. Düzdü, Mourinyo bəzi matçlarda onu sol müdafiəçi kimi oynadıb. Amma ümumilikdə Şimanskinin məhsuldar hərəkətləri və faydalılığı azalıb. Transfer dəyəri 17 milyon avro civarında olan və klubla 2027-yə qədər müqaviləsi olan yarımmüdafiəçiyə görə də ''Fənər'' rəhbərliyi ən azı 20 milyon avro qazanmağa çalışacaq. Qapıçı Daniel Livakoviç üçün 10 milyon avro tələb olunacaq.
Bu oyunçulardan başqa yayda Duşan Tadiç, Edin Ceko, Rodriqo Bekao, Brayt Osayi-Samuel, Aleksander Ciku, İsmayıl Yüksək, İrfan Can Kahveci, Cenk Tosun kimi isimlərin də ayrılacağı istisna edilmir.
Alan Sen-Maksimen isə müqaviləsi müddəti başa çatacağı üçün yayda müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Əhli''yə dönəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri