Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ötən onilliklərin solmayan kinolentləri

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

“Fənərbaxça” darmadağın etdi, “Qalatasaray” darmadağın oldu!

“Fənərbaxça” darmadağın etdi, “Qalatasaray” darmadağın oldu!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İstanbul nəhəngləri üçün Avropa Liqasında pley-offun ilk oyunları tam fərqli alındı.

"Football-plus.az" xəbər verir ki, “Fənərbaxça”nın bir ayağı artıq 1/8 finaldadısa, “Qalatasaray”ın cavab oyununda şansları möcüzəyə bərabərdi...
Belçika təmsilçilərinə qarşı, adətən, uğurlu nəticələr əldə edən “Fənərbaxça” fanatlarını çox inamlı qələbə ilə sevindirdi. Artıq 11-ci dəqiqədə Tadiç baş zərbəsi ilə komandasını önə keçirdi. Bu qolda gənc Yusuf Akçiçək peşəkar karyerasında ilk məhsuldar ötürməsini verdi. İlk yarının ortalarında hakim əvvəlcə “Fənər”in, sonra da “Anderlext”in qapısına penalti təyin edə bilərdi. Amma o, nə topun Fredin əlinə dəydiyi epizodda, nə də Osayi-Samuelə qarşı kobudluq zamanı “nöqtə”ni göstərdi.
İstanbul nəhənginin inamlı oyunu fasilə ərəfəsində daha bir qolun vurulmasıyla nəticələndi. Cekonun ilk zərbəsini qapıçı dəf etsə də, təcrübəli forvard ikinci cəhddə soyuqqanlı şəkildə topu tora göndərdi. İkinci hissənin əvvəllərində isə hesab darmadağın həddinə çatdı. Şimanskinin asması zamanı başla fərqlənən Ən-Nəsiri son 12-ci rəsmi oyununda 15-ci qolunu vurdu. Qalan müddətdə qonaqların bütün cəhdlərinə baxmayaraq, hesab dəyişmədi. Qapıçı İrfan Can Eğribayat oyunu 5 seyvlə tamamlayaraq böyük alqış qazandı. Beləliklə, “Fənər” fevralın 20-də keçiriləcək cavab oyununa 3 topluq üstünlüklə çıxacaq.
“Qalatasaray” əsas mərhələdə səfərdə 1:1 bərabərə qaldığı “Alkmaar”la budəfəki oyuna cəzalı Sançes və Osimhensiz çıxmalı oldu. Onların yerinə yeni transferlər Kuesta ilə Morata oynadı. Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın tribunadan izlədiyi oyun əvvəldən sona qədər Türkiyə çempionu üçün çətin və uğursuz keçdi.
Artıq 12-ci dəqiqədə cərimə zərbəsini mükəmməl yerinə yetirən Meynans meydan sahiblərini önə keçirdi. Düzdü, çox keçmədən Şallai topu yaxın küncə sancaraq “sarı-qırmızılar”ın heyətində avrokuboklarda debüt oyunundaca fərqlənməyi bacardı. Amma bu, stadiona gələn və ekran başında oyunu izləyən “Qalatasaray” fanatlarını 90 dəqiqə ərzində sevindirən yeganə an oldu. Rəqibini sürətdə üstələyən “Alkmaar”ın az qala hər hücumu təhlükəli alınırdı. Amma komanda bir neçə gözəl fürsəti əldən verəndən sonra penalti qazandı. Səliqəsiz oynayan Barış Alpər Yılmaz top əvəzinə rəqibə zərbə vurunca penaltiyə səbəbkar oldu. Perrot şansı boşa vermədi.
İkinci hissə başlayan kimi qonaqlar üçün daha bir üzücü olay yaşandı. Kaan Ayhan ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoydu. Maraqlıdı ki, ötən mövsüm də məhz elə fevralda AL-in pley-offunda “Sparta” ilə səfər oyununda Kaan qırmızı vərəqə almış və daha sonra 3 top buraxan “Cim-Bom” 1:4 hesabı ilə uduzmuşdu. Bu dəfə də, demək olar, eyni ssenari yaşandı. Azlıqda qaldıqdan sonra hətta mərkəzi belə keçməkdə çətinlik çəkən və müdafiədə boşluqlar buraxmağa başlayan “Qalatasaray” qalan müddətdə daha iki top buraxdı.
Düzdü, ötənilki “Sparta” ilə oyun cavab matçı idi və komanda üçün həmin 90 dəqiqədən sonra hər şey bitmişdi (evdə 3:2-lik qələbə qeydə alınmışdı). Amma bu dəfə Okan Burukun komandasının vəziyyəti düzəltmək üçün daha bir 90 dəqiqəsi olacaq.
pley-off, ilk oyunlar
Alkmaar (Niderland) – Qalatasaray 4:1

Meynans, 12. Perrott, 37-p. Klasi, 57. Volfi, 66 – Şallai, 20.
Qalatasaray: Muslera, Kaan Ayhan, Kuesta, Əbdülkərim Bardakcı, Yelert (Metehan Baltacı, 71), Sara (Efe Akman, 90+4), Berkan Kutlu (Yusuf Dəmir, 72), Mertens (Kərəm Dəmirbay, 56), Şallai, Barış Alpər Yılmaz, Osimhen.
Fənərbaxça – Anderlext (Belçika) 3:0
Tadiç, 11. Ceko, 42. Ən-Nəsiri, 57.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 46), Şkrinyar, Yusuf Akçiçək, Kostiç, Fred, Amrabat, Şimanski, Tadiç (Mərt Hakan Yandaş, 86), Ən-Nəsiri (Cenk Tosun, 90), Ceko (Talişka, 75).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 327-ci oyundan 123-cü məğlubiyyətlə ayrıldı (116 qələbə, 88 heç-heçə, top fərqi – 449:496).
* “Qalatasaray”ın avrokuboklarda qələbəsiz seriyası 5 oyuna yüksəldi (3 heç-heçə, 2 məğlubiyyət).
* “Qalatasaray”ın avrokuboklarda səfərdəki qələbəsiz seriyası 8 oyuna yüksəldi (3 heç-heçə, 5 məğlubiyyət). Son səfər qələbəsi 2023-ün oktyabrında ÇL-in qrupunda “Mançester Yunayted” üzərində əldə olunub (3:2).
* “Qalatasaray” Niderland təmsilçilərinə qarşı səfərdə keçirdiyi 7-ci oyunda da qələbəyə həsrət qaldı (1 heç-heçə, 6 məğlubiyyət)!
* “Qalatasaray” avrokuboklarda ardıcıl 21-ci (!) qarşılaşmada qapısını toxunulımaz saxlaya bilmədi. Komanda bu 21 oyunda ümumilikdə 46 top buraxıb. İstanbul nəhəngi Avropa səhnəsində son “quru” oyununu 2023-ün avqustunda ÇL-in 3-cü təsnifat mərhələsində evdə “Olimpiya”ya qarşı keçirib (1:0).
* “Alkmaar” Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 9-cu oyunda da məğlub olmadı (5 heç-heçə, 4 məğlubiyyət)!
* “Fənərbaxça” avrokuboklarda 283-cü oyunda 112-ci qələbəsini qazandı (60 heç-heçə, 111 məğlubiyyət, top fərqi - 386:402).
* “Fənərbaxça” Belçika klublarına qarşı keçirdiyi 12-ci oyunda 7-ci qələbəsini qazandı (3 heç-heçə, 2 məğlubiyyət). “Fənər” avrokuboklarda Belçika klublarından daha çox yalnız Niderland klublarını məğlub edib (9 dəfə).
* Mourinyo məşqçi karyerasında Belçika klublarına qarşı keçirdiyi 5 oyununun hamısından qələbə ilə ayrılıb.
* “Anderlext”lə oyunun gedişində “Fənərbaxça”da iki dəfə rekord göstərici dəyişdi. Əvvəlcə Tadiç 36 yaş 85 günlüyündə fərqlənməklə klub tarixində avrokubokların pley-offunda, yəni qrupdan sonrakı mərhələlərdə qol vuran ən yaşlı futbolçuya çevrildi. Çox keçmədən 38 yaş 333 günlüyündə fərqlənən Ceko bu göstəricidə Tadiçi geridə qoyaraq klub tarixinə düşdü.
Oyundan sonra
Maarten Martens, “Alkmaar”ın baş məşqçisi:

“Ən güclü tərəfimiz heyətdə sabitlik yaxalamağımızdı. Əvvəlki oyunlarla müqayisədə az dəyişiklik etdik. “Qalatasaray”a baxanda isə çox dəyişikliklərin olduğunu görürük. Bugünkü oyunda əsas fərq yaradan məqam məhz bu oldu. Bu nəticə ilə qürur duymamaq mümkün deyil. Stadiona gələn fanatlarımıza çox gözəl və unudulmaz gecə yaşatdıq. Təbii ki, bu nəticə İstanbul səfəri ərəfəsində özümüzə olan inamı artıracaq. Bu gün qol və qollar vurmaq, meydanda fərq yaratmaq istəyirdik. Oyunçularım bunu həyata keçirməyi bacardı. Aqressiv pressinqimiz rəqibi çətin duruma saldı. “Qalatasaray”ın ikinci yarıda oyun planını dəyişməsi də planımızın doğru işlədiyini göstərdi”.


Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Matçdan öncə də söylədiyim kimi bura ciddi itkilərlə gəlmişdik. Əsas heyəti qurmaqda belə çətinlik çəkdik. Amma əlbəttə, nə olur-olsun, belə zəif oynamağa ixtiyarımız yoxdu. Azlıqda qalana qədər də yaxşı performans sərgiləmədik. Yəni məğlubiyyəti təkcə qırmızı vərəqə ilə əlaqələndirmək düzgün deyil. Bu gün hər şeyi çox bərbad səviyyədə etdik. Nə müdafiə oluna, nə də topu özümüzdə saxlaya bildik. Hər baxımdan zəif oynayınca ortaya belə nəticə çıxdı. Heç olmasa, fasiləyə 1:1-lə yollanıb ikinci hissədə bəzi şeyləri dəyişmək istədik. 4 müdafiəçili taktikaya keçdik. Bir yandan da Əbdülkərim ilə Kaanın sarı vərəqəsinin olması məni qorxudurdu. Təkbətək mübarizələrdəki həmlələri riskli idi. Kaanı sağa çəkərək riski azaltmaq istədim. Təəssüf ki, plan özünü doğrultmadı. Bizim üçün acı və üzücü bir gün oldu. Amma ümidimizi kəsməməliyik. Cavab matçını öz meydanımızda keçirəcəyik. Futbolda geridönüşləri çox görmüşük. Buna inanaraq daha yaxşı hazırlaşacağıq. Oyunçularıma güvənirəm. Hər halda, bir daha bu dərəcədə bərbad oynayacağımızı düşünmürəm”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Əla oynadıq. Nəticənin əla olub-olmadığını ikinci oyundan sonra biləcəyik. İndi sadəcə, bu cütün bir hissəsi oynanılıb. Fərz edin ki, fasiləyə 3 topluq üstünlüklə yollanmışıq. Amma ciddiyyəti itirməməliyik. “Anderlext” öz meydanında üzərimizdə daha çox təzyiq qurmağa çalışacaq. Səhv etmirəmsə, bu təqvim ilində 10-cu oyunumuzu keçirdik. 8 qələbə, 2 heç-heçəmiz var (əslində 11 oyun, 9 qələbə, 2 heç-heçə - red.). Komandanın performansı yüksələn qrafiklə irəliləyir. Oyunçular artıq mənim fəlsəfəmi, nə etməli olduqlarını çox gözəl dərk edirlər. Komandada gözəl ab-hava və birlik yaranıb. Hakim oyunun ipini əldən buraxmadı. Düzgün qərarlar verdi. Amma Osayi-Samuelə qarşı olan epizodda penalti vermək olardı. Bir epizod VAR-da 3 dəqiqə incələnirsə, deməli, orda şübhəli nəsə, var. Mən qalib gəlməyi sevirəm. Özü də mümkün qədər ürəktutması keçirmədən. Bir matçda 7:3 qalib gəlmişiksə, orda üraktutması keçirməyim mümkün deyil. Bu gün topsuz oyunda da kollektiv şəkildə yaxşı təsir bağışladıq. Fanatların Ceko, Tadiç, Ən-Nəsirini sevdiyini bilirəm. Amma tək onların yox, bütün oyunçuların haqqını vermək lazımdı. Oyunçularımın hamısından çox razıyam”.


David Hubert, “Anderlext”in baş məşqçisi:

“Nəticə bizim üçün ürəkaçan deyil. Cavab oyununda birmənalı şəkildə performansımızı gücləndirmək məcburiyyətindəyik. Bunu həm özümüzə, həm də fanatlarımıza görə etməliyik. Bizim üçün çətin bir atmosfer idi. Qarşımızda çox yaxşı oynayan, təcrübəli rəqib var idi. 2-ci qolu buraxana qədər irəlidə nəsə etməyə çalışdıq. İki təhlükəli zərbəmiz oldu. Fikrimcə, “Fənərbaxça”nın ilk qolundan öncə hakim künc zərbəsi təyin etməklə səhvə yol verdi. Penalti gözlədiyimiz məqamda da əleyhimizə qərar verildi. Halbuki o penalti oyunun axarını tam dəyişə bilərdi. Bu epizodlar matçın qırılma anları oldu. Komandalar arasında təcrübə fərqi də özünü göstərdi. “Fənərbaxça” ən həlledici məqamlarda qolları vurmağı bacardı. Bizdə isə onlardan fərqli bitiricilik istənilən səviyyədə olmadı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see297

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see220

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see181

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see180

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see177

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see177

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see177

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see177

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see176

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see176

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see175

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see175

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see174

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see174

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see172

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see172

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see171

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see171

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri