Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

“Qalatasaray” məyus etdi, “Barselona” darmadağın oldu

“Qalatasaray” məyus etdi, “Barselona” darmadağın oldu

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 25-26-da Çempionlar Liqasında liqa mərhələsinin 5-ci turunun oyunları keçirildi. Təəssüf ki, “Qarabağ”la “Qalatasaray” uduzdu. “Barselona”nın darmadağın olması, MS-nin evdə uduzması da maraqlı nəticərdəndi. Çərşənbə axşamı 22, çərşənbə günü isə 42 qol vuruldu. İlk beş turdan sonra məğlubiyyət acısı yaşamayan, itkisiz irəliləyn yeganə komanda “Arsenal”dı. “Topçular”ı PSJ, “Bavariya”, “İnter” və “Real” izləyir.

"Football-plus.az" xəbər verir ki, çərşənbə axşamı iki oyun daha tez start götürdü. Niderland çempionatında 6-cı pillədə qərarlaşan “Ayaks” qitə arenasında da fiasko yaşamaqdadı. Noyabrın əvvəlində qovulan Con Heytinqanın yerini tutan Fred Qrim hələ ki vəziyyəti normallaşdıra bilmir. Joze Mourinyonun “Benfika”sına isə məhz belə rəqib lazım idi ki, nəhayət, ilk qələbəsini qazansın. Lissabonlular oyuna erkən qolla başladı – müdafiəçi Dal qapının uzaq yuxarı küncünü “nişan aldı”. Sona yaxın Barreyro “Benfika”nın ikinci qolunu vurdu. Bununla da lissabonlular hesabına 3 xal yazdı. Yalnız 2-ci hissənin əvvəlində real qol şansını əldən verən “Ayaks” üçün isə qara zolaq davam edir. Azərbaycanlı azarkeşlər dekabrın 10-da Bakıda keçiriləcək oyunda da niderlandlıların uğursuzluğa düçar olmasını arzulayır. Startda 5 məğlubiyyət Niderland klubları üçün antirekorddu ki, bunu da 2017-də “Feyenoord” müəyyənləşdirib. Mourinyo isə qitənin əsas klub turnirində 2019-cu il noyabrın 25-dən bəri ilk qələbəsini qazandı. Həmin vaxt onun çalışdırdığı “Tottenhem” “Olimpiakos”u məğlub etmişdi.
Erkən başlayan digər oyunda “Qalatasaray” evdə “Yunion”a uduzdu. Meydan sahibləri təşəbbüsə malik olsalar da, belçikalılar fasiləyə qədər qol vəziyyətlərinin sayında uduzmadı – Saranın dirəkdən dönən zərbəsinə Sayks tirə zərbə ilə cavab verdi. Amma qonaqların 57-ci dəqiqədəki maraqlı hücumu qolla nəticələndi. Bundan sonra müdafiəyə çəkilən “Yunion” bu mövsüm “Qalatasaray”ı evində məğlub edən ilk komanda oldu. Hətta “Liverpul”un da öhdəsindən gələn “Cim-Bom” üçün isə Belçika komandaları keçilməzdi – 9 oyunda bir qələbə də yoxdu!
Günün ən çox maraq doğuran oyunlarından biri “Stemford Bric”də keçirildi. “Çelsi”nin böyükhesablı qələbə qazanmasının əsas günahkarı “Barselona”, daha dəqiqi, 44-cü dəqiqədə meydandan qovulan Ronald Arauxodu. Buna qədər “zadəganlar”ın nisbi üstünlüyü var idi. Onlar bir neçə qol vursalar da, yalnız biri sayılmışdı. Kundenin kuryoz avtoqolu “Çelsi”nin üstünlüyünün məntiqi nəticəsi idi. 2-ci hissədə məğlubiyyətdən qurtulmaq qonaqlar üçün çətin idi. Təzyiqi artıran “Çelsi” 55-ci dəqiqədə 2-ci qolu da vurdu. “Barsa”nın hücum cəhdləri alınmırdı. 73-cü dəqiqədə əks-hücumda “tutulan qonaqlar” 3-cü qolu da buraxdı.
MS-nin baş məşqçisi kimi ÇL-də keçirdiyi 100-cü oyunda Xosep Qvardiola publikanı təəccübləndirməyə qərar verdi və Holannı ehtiyatda saxladı. Növbəti sürpriz isə “Bayer-04”dən gəldi. Qonaqların sürətli əks-hücumunu Qrimaldo qolla tamamladı. Qvardiola fasilədə üçlü dəyişikliyə əl atsa da, onun komandası yenə qol buraxdı. Bu dəfə Mazanın ötürməsindən sonra Şik Akeni qabaqladı. 0:2-dən sonra Holannın meydana çıxması da heç nəyi dəyişmədi. MS məğlubiyyətə rəğmən, ilk “8-lik”dək yerini qorudu.
“Borussiya” – “Vilyarreal” oyununda ilk yarının ən önəmli hadisəsi uzatma dəqiqələrində baş verdi. Künc zərbəsi zamanı Anselminonun zərbəsi alınmasa da, Girassi hesabı açdı. Qonaqlar Antonun əllə oynadığına dair iddia ilə hakimə etiraz etsələr də, qol qeydə alındı. Hakimin növbəti qərarları da “Borussiya”nın xeyrinə oldu. Davide Massa VAR monitoruna yaxınlaşandan sonra 50-ci dəqiqədə Foyta birbaşa qırmızı vərəqə göstərdi. Ardından Girassi penalti zamanı iki cəhddə topu tora saldı – qapıçının qaytardığı topa hamıdan tez çatdı. “Borussiya” 3-cü qolu da səkən top sayəsində vurdu. Bəxtsiz “Vilyarreal” ÇL-də artıq 8 oyundu qalib gələ bilmir. Yeri gəlmişkən, fərq 4 yox, daha artıq topla ölçülə bilərdi. Sadəcə, 82-ci dəqiqədə penaltini yerinə yetirən Fabio Silva topi tirə vurdu.
“Marsel”in son uğurlarının səbəbkarı birmənalı şəkildə Obameyanqdı. Qabonlu veteran “Nyukasl”la oyunun ilk yarısında da fərqlənmək üçün əlindən gələni etdi. Hesabı qonaqlar açsalar da, “Marsel” 2-ci hissədə oyunun axarını dəyişdi. Obameyanq hissə başlayan kimi nəyə görəsə hədsiz irəli çıxan Poupu aldadıb hesabı bərabərləşdirdi. 50-ci dəqiqədə isə Veanın ötürməsindən yararlandı. Obameyanq “Marsel”in tarixinə ÇL-də dubl edən ən yaşlı (36 yaş 5 ay) futbolçu kimi düşdü.
İlk dörd oyundan sonra iki heç-heçəsi və iki məğlubiyyəti olan “Bude/Qlimt” “Yuventus”la oyunda qələbəyə hava və su kimi ehtiyac duyurdu. Blomerq 27-ci dəqiqədə hesabı açmaqla norveçlilərin qələbə ümidini artırdı. Amma 2-ci hissədə vəziyyət dəyişdi. 48-ci dəqiqədə qapıçı Haykin Kənan Yıldızın zərbəsinə reaksiya göstərsə də, Openda topu tora saldı. Turinlilər 59-cu dəqiqədə hesabda irəli çıxdı. 87-ci dəqiqədə “Bude/Qlimt” Brustad-Fetin penaltidən vurduğu qolla tarazlığı bərpa etdi. Meydan sahibləri uzatma dəqiqələrində hətta qələbə topunu da vura bilərdi. Ancaq onların zərbəsi bloklandı və turinlilər əks-hücum təşkil etdi. Haykin növbəti dəfə Kənanın zərbəsinin qarşısını alsa da, müdafiəçilər Devidin təkrar zərbəsinə mane ola bilmədi.
Günün qolsuz bitən yeganə oyunu Çexiyanın paytaxtında keçirildi. Praqadakı “Slaviya” – “Atletik” duelində qapıçılar ön plana çıxdı. Stanek bir neçə dəfə meydan sahiblərini xilas etdi, basklarda isə Simon gücsüz olanda belə Vivian topu qapı xəttindən çıxardı. Odu ki, 0:0 hesabı oyunun axarına uyğundu. Elə komandaların turnir cədvəlinin sonuncu pillələrində qərarlaşması da.
Çempionlar Liqası
liqa mərhələsi, 5-ci tur
Ayaks – Benfika 0:2 (0:1)

Ayaks (Amsterdam, Niderland): Yaroş, Viyndal (Mokio, 60), Baas, Şutalo, Reger (Moro, 83), Teylor, İtakura, Klassen (Qlux, 74), Qodts (Fits-Cim, 74), Veqhorst, Bunida (Dolberq, 74).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dal, Otamendi, A.Silva, Dediç, Rios, Barreneçea, Sudakov (T.Arauxo, 81), Barreyro (Reqo, 90+3), Eursnes, Pavlidis (M.Silva, 90+2).
Qollar: Dal, 6 (0:1). Barreyro, 90 (0:2).
Vərəqələr: Veqhorst, 69. Dal, 74 – sarı.
Hakim: Sven Yablonski (Almaniya).
25 noyabr. Amsterdam. 51154 tamaşaçı.
Qalatasaray – Yunion 0:1 (0:0)
Qalatasaray (İstanbul, Türkiyə): Uğurcan Çakır, Yakobs (Arda Unyay, 53), Əbdülkərim Bardakcı, Sançes, Şallai, Sara, Torreyra, Barış Alpər Yılmaz, İlkay Gündoğan, Sane, İkardi.
Yunion (Brüssel, Belçika): Sherpen, Sayks, Bercess, K.Makallister, Nyanq (Leysen, 90), Van de Perre, Zorqan, Xalaili, Ayt-Əl-Hac (Shoofs, 71), P.Devid (Rodriges, 58), Floruç (Bufal, 71).
Qol: P.Devid, 57.
Vərəqələr: İlkay Gündoğan, 13. P.Devid, 36. Torreyra, 62. Xalaili, 62. Sançes, 64. Arda Unyay, 79 – sarı. Arda Unyay, 89 – qırmızı (ikinci sarı).
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
25 noyabr. İstanbul. 45444 tamaşaçı.
Çelsi – Barselona 3:0 (1:0)
Çelsi (London, İngiltərə): Sançes, Kukurelya, Çaloba. Fofana, Hüsto (A.Santos, 46), Kaysedo, Ceyms (Açimponq, 82), Qarnaço (Delap, 59), Fernandes, Estevao (Corc, 82), Neto (Gittens, 76).
Barselona (İspaniya): X.Qarsiya, Balde (Martin, 80), Kubarsi, R.Arauxo, Kunde, F.Lopes (Kristensen, 62), E.Qarsiya, De Yonq, F.Torres (Reşford, 46), Levandovski (Rafinya, 62), Yamal (Olmo, 80).
Qollar: Kunde, 27-öz qapısına (1:0). Estevao, 55 (2:0). Delap, 73 (3:0).
Vərəqələr: R.Arauxo, 32. Hüsto, 40 – sarı. R.Arauxo, 44 – qırmızı (ikinci sarı).
Hakim: Slavko Vinçiç (Sloveniya).
25 noyabr. London. 39323 tamaşaçı.
Mançester Siti – Bayer-04 0:2 (0:1)
Mançester Siti (İngiltərə): Trafford, Ait-Nuri (N.O`Rayli, 46), Ake, Stounz, Xusanov (Holann, 65), Lüis (Dokyu, 46), N.Qonsales, Reynders, Savio, Marmuş (Şerki, 65), Bobb (Foden, 46).
Bayer-04 (Leverkuzen, Almaniya): Flekken, Belosyan, Bade, Kuansa, Qrimaldo, Maza, A.Qarsiya, Poku, Kofane (Tella, 82), Tillman, Şik.
Qollar: Qrimaldo, 23 (0:1). Şik, 54 (0:2).
Vərəqələr: Qrimaldo, 60. Kofane, 78 – sarı.
Hakim: Joao Pinyeyro (Portuqaliya).
25 noyabr. Mançester. 50592 tamaşaçı.
Borussiya D – Vilyarreal 4:0 (1:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Şlotterbek, Anton (Əmrə Can, 84), Anselmino, Svensson, Nmeça (Cob Bellingem, 77), Zabitser (Qros, 77), Koutu, Brandt (Çukvuemeka, 68), Adeyemi, Girassi (F.Silva, 68).
Vilyarreal (İspaniya): Luis Junior, Kardona, Veyqa, Foyt, Mourinyo (Navarro, 83), Byukenen (Ahomah, 83), Partey (Marin, 65), Geye, Komesanya (Parexo, 74), Oluvaseyi, N.Pepe (Moleyro, 65).
Qollar: Girassi, 45+2 (1:0). Girassi, 54 (2:0). Adeyemi, 58 (3:0). Svensson, 90+5 (4:0).
Girassi 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
F.Silva 82-ci dəqiqədə penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: Adeyemi, 71 – sarı. Foyt, 50 – qırmızı.
Hakim: Davide Massa (İtaliya).
25 noyabr. Dortmund. 81365 tamaşaçı.
Marsel – Nyukasl 2:1 (0:1)
Marsel (Fransa): Rulyi, Emerson, Balerdi, Pavar, Payşao, Bakola (M.O’Rayli, 82), Höybyerq, Vermeren, Vea, Qrinvud (A.Qomeş, 88), Obameyanq (Vaj, 90+2).
Nyukasl (İngiltərə): Poup, Bern, Şer (Holl, 61), Tiav, Livramento (Mayli, 61), Uillok (Remzi, 72), Tonali, Gimaraynş, Barns, Qordon (Voltemade, 72), Merfi (Elanqa, 61).
Qollar: Barns, 6 (0:1). Obameyanq, 46 (1:1). Obameyanq, 50 (2:1).
Vərəqələr: Balerdi, 3. Uillok, 20. Bakola, 36. Qordon, 42. Emerson, 52. Bern, 65. Qrinvud, 67. Vermeren, 84 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
25 noyabr. Marsel. 64521 tamaşaçı.
Bude/Qlimt – Yuventus 2:3 (1:0)
Bude/Qlimt (Norveç): Haykin, Byorkan, Aleesami (Moe, 61), Byortuft, Şevold, Brustad-Fet, Berq, Evyen (Hauqe, 77), Blomberq (Yergensen, 77), Hoq (Helmersen, 87), Myayattya (Euklenn, 61).
Yuventus (Turin, İtaliya): Perin, Koopmayners, Kelli, Kalulu, Kambyaso (Kabal, 75), Aciç (Kənan Yıldız, 46), Lokatelli, Makkenni, Miretti (Türam, 68), Konseysao (Jeqrova, 83), Openda (C.Devid, 75).
Qollar: Blomberq, 27 (1:0). Openda, 48 (1:1). Makkenni, 59 (1:2). Brustad-Fet, 87-p. (2:2). C.Devid, 90+1 (2:3).
Vərəqələr: Kelli, 39. Miretti, 50. Kabal, 84. Makkenni, 90+4 – sarı.
Hakim: Danni Makkeli (Niderland).
25 noyabr. Bude. 7824 tamaşaçı.
Slaviya – Atletik 0:0
Slaviya (Praqa, Çexiya): Stanek, Xaloupek, Zima, Mozes, Mboci (Holeş, 55), Zafeyris (Xitil, 79), Sadilek, Doudera (Borjil, 55), Sanyanq (Kuşey, 55), Xorı, Provod.
Atletik (Bilbao, İspaniya): Simon, Boyro, Paredes, Vivian, Areso (Lekue, 79), Reqo, De Qalarreta (Xauregisar, 64), Navarro, Sanset (S.Sançes, 57), Berenger (N.Uilyams, 57), Quruseta (U.Qomes, 79).
Vərəqələr: Provod, 15. Quruseta, 19. Xorı, 40. De Qalarreta, 45+3. Paredes, 86 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
25 noyabr. Praqa. 19169 tamaşaçı.
Faktlar
* Mbappe və Holannın ardından tineycer kimi start heyətinə düşüb Avropanın əsas klub turnirində fərqlənməyi bacaran üçüncü futbolçu Estevao oldu. “Çelsi”nin forvardı bu uğura 18 yaş 215 günlüyündə nail oldu.
* Üç məşqçi premyer-liqa komandaları ilə ÇL-də ən azı 100 oyun keçirməyi bacarıb. Xosep Qvardiola da Aleks Ferqyuson (190) ilə Arsen Vengerə (177) qoşuldu.
* “Barselona” Flikin rəhbərliyi altında ÇL-də keçirdiyi 10 səfər oyununda 24 qol buraxıb.
* “Qarabağ”ın məşqçilərinin və futbolçularının diqqətini cəlb edə biləcək məqam: “Ayaks” cari mövsümdə qolların yarısını (34-dən 17-ni) standart vəziyyətdən sonra buraxıb.
* “Barselona” son 10 oyunun yalnız birində “Çelsi”ni məğlub edə bilib. Qalan 9 oyunun üçündə londonlular qələbə qazanıb, altısı heç-heçə bitib. “Çelsi” “blauqrana” üzərindəki ən böyükhesablı qələbəsini qazandı. Daha bir maraqlı məqam var. “Çelsi” Çempionlar Liqasında “Barselona”nı beş və daha çox dəfə məğlub edən üçüncü komandadı. Turnir tarixində “Bavariya” “Barselona” üzərində 10, PSJ 6 qələbə qazanıb. “Çelsi” kataloniyalıları 5 dəfə məğlub edib.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Əslində ilk qolu vurmaq üçün gözəl imkanımız var idi. Belə “Çelsi”yə qarşı azlıqda oynamaq bizim üçün çox çətin oldu. Mübarizə apardıq və komandamın oyununda müsbət məqamlar gördüm. Ancaq hədsiz çox top itkisinə yol verdik. Oyunla bağlı deyə biləcəklərim bundan ibarətdi. Çox topu rəqibə bağışladıq, qeyri-dəqiq ötürmələrimiz oldu. Bütün bunları təhlil etmək lazımdı. Dəqiqəni xatırlamıram, ancaq “Çelsi”yə qarşı uzun müddət azlıqda oynadıq. “Çelsi” topla davranış baxımından çox yaxşı təsir bağışlayır. Bunu qəbul etmək lazımdı. Bundan sonra ilk səkkiz komanda arasına düşmək çətindi, ancaq biz bunun üçün çalışacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri