Fənərbaxça Dzeko ilə yollarını ayırdı
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fənərbaxça" növbəti mövsüm üçün heyətini strukturlaşdırmağa başlayıb.
News24.az xəbər verir ki, komandanın ən təcrübəli oyunçusu və kapitanı Edin Dzeko ilə yollarını ayırmağı planlaşdıran sarı-lacivərdlilərin əsas məqsədlərindən biri də mərkəz hücumçusu transferi etməkdir.
Bu çərçivədə bir çox ad gündəmdə olsa da, ani bir inkişaf yaşandı. "Fənərbaxça" "Brentford"da çıxış edən Yoane Vissanı gündəmə gətirib.
Konqolu futbolçunun sürəti və texniki bacarığı “Fənərbaxça”nın diqqətini çəkib, qol vurması isə futbolçunu fərqləndirən detallardan biridir. Bu mövsüm İngiltərə komandası ilə 33 matçda iştirak edən Vissa 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
Günel Məlikzadə

Fənərbaxça Edin Dzeko ilə vidalaşıb
30 May 2025 20:15
“Fənərbaxça” İdman Direktoru ilə yollarını ayırdı
02 İyun 2025 21:54
Fənərbaxça onunla yollarını ayıracaq
23 May 2025 14:51
Fənərbaxça braziliyalı ilə yollarını ayırmaq istəyir
22 İyun 2025 11:48
Fənərbaxça millinin müdafiəçisi ilə yollarını ayıra bilər
20 Aprel 2025 11:22

