“Fənərbaxça” Dieqo Karlosla yollarını ayırdı
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Fənərbaxça” futbol klubu Dieqo Karlosla yollarını ayırdığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, İstanbul klubu 33 yaşlı futbolçuya qarşılıqlı razılaşma əsasında tibbi müayinədən keçməsi və transfer danışıqları aparması üçün İtaliyaya getməyə icazə verib.
“Fənərbaxça”nın ötən mövsümün qış transfer dönəmində “Aston Villa”dan heyətinə qatdığı Dieqo Karlos gözləntiləri doğrulda bilməyib. İstanbul klubunda forma şansı tapmaqda çətinlik çəkən braziliyalı müdafiəçi ilə İtaliyanın “Parma“ və “Komo” klublarının maraqlandığı bildirilir.
Jurnalist Di Marzionun məlumatına görə, “Komo” müdafiə xəttini gücləndirmək üçün icarə əsasında mərkəz müdafiəçisi axtarır. Bu çərçivədə “Brayton”dan İqor və “Fənərbaxça”dan Dieqo Karlos İtaliya klubunun namizədlər siyahısına daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 Sentyabr 2026 05:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















