Fənərbaxça nın kapitanı bir illik futboldan kənarlaşdırıldı! Edersonun da cəzası bəlli oldu
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
''Fənərbaxça''nın kapitanı Mərt Hakan Yandaşın hələ bir müddət də komandaya yardım edə bilməyəcəyi məlum olub. Belə ki, dekabrda futbolda qanunsuz pul qoyuluşu və danışılmış oyunlar çərçivəsində aparılan əməliyyat zamanı saxlanılan, 4 aya yaxın həbsdə olan, aprelin əvvəllərində məhkəmənin qərarı ilə azadlığa buraxılan təcrübəli futbolçuya indi də Nizam-İntizam Komitəsi cəza verib. Komitənin qərarı ilə Mərt Hakan 12 ay müddətində səlahiyyətlərini icra etməkdən məhrum edilib. Yəni o, bir illiyə futboldan kənarlaşdırılıb! Həm futbolçu, həm də ''Fənərbaxça'' bu qərarın ardından yazılı açıqlama paylaşaraq bu cəza ilə razılaşmayıblar. ''Fənər'' futbolçusunu verilən bu cəzanın əsassız olduğunu bildirərək məsələnin Apellyasiya Komitəsinə daşınıldığını açıqlayıb. Maraqlıdı ki, 31 yaşlı futbolçunun İstanbul nəhəngi ilə müqavilə müddəti bu yay başa çatacaq. Bu üzdən rəhbərliyin onunla bağlı hansı addımı atacağı maraq doğurur. Bu mövsüm heç bir rəsmi oyunda forma geyməyən Mərt Hakan ümumilikdə ''Fənərbaxça'' karyerasında 149 rəsmi oyunda iştirak edərək 11 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Bu arada ''Qalatasaray''a qarşı derbidə qırmızı vərəqə alana qapıçı Edersonun da cəzası açıqlanıb. Meydandan qovulduqdan sonra hakimi təhqir etdiyinə və idmançıya yaraşmayan davranışlar sərgilədiyinə görə ona 3 oyunluq cəza və 480 min lirə para cəzası verilib. Bu da o deməkdi, braziliyalı qapıçı bu mövsüm artıq meydana çıxa bilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:315
Bu xəbər 01 May 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















