Icma.az
close
up
RU
Fənərbaxça nın kapitanı Fənərbaxça nın oyunlarına pul qoyuluşu edirmiş!

Fənərbaxça nın kapitanı Fənərbaxça nın oyunlarına pul qoyuluşu edirmiş!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə futbolunda oyunlara pul qoyuluşu edilməsi ilə bağlı qalmaqal nəinki tam sürətlə davam edir hətta tədricən yeni mərhələyə yüksəlir.

"Football-plus.az" xəbər verir ki, ötən həftə aralarında sabiq hakim Ahmet Çakar, eləcə də ''Fənərbaxça''nın üzvü Mərt Hakan Yandaş, ''Qalatasaray''lı Metehan Baltacı, FİFA hakimi Zorbay Küçük, ''Adana Dəmirspor''un sabiq başqanı Murat Sancak, ''Konyaspor''lu Alassan Ndao da daxil olmaqla 46 nəfərin saxlanıldığını xəbər vermişdik.
Onlar Növbətçi Sülh Cəza Məhkəməsinə çıxarılıblar. Prokurorluğun araşdırması zamanı ortaya şok faktlar çıxıb. ''Fənər''in kapitanlarından biri olan Mərt Hakan Yandaşın köhnə tanışı Ərsən Dikmən adlı şəxsə 2021 dekabr - 2025 oktyabr aralığında ümumilikdə 4,5 milyon lirəyə yaxın pul göndərdiyi məlum olub. Ərsən Dikmən bu pulları hər dəfə qəbul edən kimi bukmeker kontorlarına yatırırmış. Dikmən tərəfindən Mərtə 2 milyon lirədən çox pul qaytarılıb.
Ən maraqlısı odu ki, yaradılan kuponlarda ''Fənərbaxça''ya aid də pul qoyuluşları edilib. Qoyuluşlar həm qanuni, həm də qeyri-qanuni saytlarda edilib. Araşdırma zamanı məlum olub ki, Ərsən Dikmən ''İsmayıl Yüksək ən azı 3 dəfə qaydanı pozacaq'' və ''İsmayıl Yüksək sarı vərəqə alacaq'' kimi mərclərə pul qoyub.
Xatırladaq ki, İsmayıl Yüksək ''Fənər''in və Türkiyə yığmasının dayaq yarımmüdafiəçisidi. Mərt Hakan Yandaş açıqlamasında Ərsən Dikməni 10 ildən çoxdu tanıdığını bildirib. Aşağı liqalarda oynayarkən və gəliri az olarkən Dikmənin ona maddi yardım etdiyini deyib. Pandemiyadan sonra isə Dikmənin işləri zəiflədiyindən və həmin vaxt artıq Mərt özü böyük pullar qazanmağa başladığından o, Dikmənə maddi yardım göstərməyə başladığını deyib. Göndərdiyi pulların isə hara xərclənməsindən xəbərsiz olduğunu vurğulayıb. Amma bu, yalandı. Çünki ikili arasındakı ''vatsapp'' yazışmalarında dəfələrlə müxtəlif oyunlara pul qoyuluşları müzakirə olunub.
Metehan Baltacı barədə iddialar da maraq doğurur. Bu futbolçu həm ''Qalatasaray'', həm də ''Eyüpspor''da oynadığı dönəmdə bir kupona maksimum 1800 lirə pul atmaqla ümumilikdə 36 kupon yazıb. Bunlardan 5-i qazanıb. O, ''Qalatasaray''ın öz oyunlarına da pul atıb. ''Qalatasaray''ın qələbəsi və ''Qalatasaray''ın oyununda 2,5 üst qol olacaq kimi mərc qoyuluşları edib. Həmin qarşılaşmalarda o özü iştirak etməyib və adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, başqa futbolçuların da öz klublarına pul qoyuluşu etməsi faktı aşkarlanıb. Məsələn, Muhammed Furkan Özhan adlı futbolçu ''Ərzurumspor''da oynadığı dönəmdə bu klubun bir oyununa ''qarşılıqlı qol olacaq və bərabərlik qeydə alınacaq'' mərcinə pul atıb.
Məhkəmə qarşısına çıxarılanlardan 20-nin həbs olunmasına qərar verilib. Onların arasında Mərt Hakan Yandaş, Metehan Baltacı, Murat Sancak və Alassan Ndao da var. ''Konyaspor'' Ndao ilə müqaviləni ləğv edib. Ahmet Çakar və Zorbay Küçük də daxil olmaqla 19 nəfər isə sərbəst buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:499
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri