Fənərbaxça nın qadın futbolçusu Türkiyə futbolu tarixinə düşdü
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə qadınlar arasında futbol üzrə çempionat davam edir.
Lider ''Fənərbaxça'' son turda səfərdə ''Trabzonspor'' üzərində 2:0 hesablı inamlı qələbə qazanıb. 26-cı dəqiqədə fərqlənməklə qələbənin əsasını qoyan Yağmur Uraz önəmli bir göstəriciyə nail olub. O, peşəkar karyerasının 300-cü qolunu vurub. ''Fənər''in və Türkiyə yığmasının əsas qol silahı olan 34 yaşlı futbolçu 377-ci oyununda 300 qol həddinə çatıb.
Uraz bununla da Türkiyədə qadınlar arasında rəsmi oyunlarda 300 qol həddinə çatan ilk futbolçu kimi adını tarixə yazdırıb! Fiziki göstəriciləri, sürəti və hava toplarındakı uğurlu oyunu ilə diqqət çəkən Yağmur daha öncə ''Beşiktaş'' və ''Qalatasaray''da da forma geyib. ''Fənərbaxça''da isə o, ikinci mövsümünü keçirir. Yağmur Uraz həm də 28 qolla Türkiyə yığması tarixinin ən məhsuldar oyunçusu statusundadı.
Qadınlar arasında turnirdə ''Fənərbaxça'' 17 oyuna topladığı 45 xalla liderdisə, ''Trabzonspor'' 32 xalla 6-cı pillədə qərarlaşıb. Son çempion statusunda olan ''Qalatasaray'' 33 xalla 5-ci pillədədi.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















