Icma.az
close
up
RU
Tadiç Fənərbaxça nın tarixinə düşmək üzrədi

Tadiç Fənərbaxça nın tarixinə düşmək üzrədi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

''Fənərbaxça''nın təcrübəli futbolçusu Duşan Tadiç adını klub tarixinə yazdırmaq üzrədi.
''Football-plus.az'' xəbər verir ki, serbiyalı ulduz cümə günü ''Bodrum''a qarşı meydana çıxacağı təqdirdə İstanbul nəhəngində yubiley - 100-cü oyununu keçirəcək.
36 yaşlı yarımmüdafiəçi Türkiyəyə gəldiyi 2023-ün yayından bu yana çox nadir hallarda oyun buraxır. ''Fənər'' ötən mövsüm İsmayıl Kartalın başçılığı altında 58 rəsmi oyun keçirmiş və Tadiç bunların 56-da meydanda olmuşdu. Onun buraxdığı iki oyundan biri ''Qalatasaray''a qarşı qalmaqallı superkubok matçına təsadüf etmişdi ki, həmin derbidə də ''Fənər'' zatən meydana gənclərdən ibarət komanda ilə çıxmışdı.
İlk mövsümündə 56 qarşılaşmada 16 qol, 16 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyən Tadiç bu mövsüm Joze Mourinyo üçün də önəmli oyunçulardan biridi. O, ''sarı-lacivərdlilər''in superliqada keçirdiyi 26, avrokuboklarda keçirdiyi 16 oyunun hamısında iştirak edib! Tadiç yalnız ölkə kubokunda 3 görüşün 2-ni buraxıb. Yəni ünlü futbolçu ''Fənər''in cari ''futbol ili''ndə keçirdiyi 45 rəsmi oyunun 43-də forma geyərək aktivinə 11 qol, 15 məhsuldar ötürmə yazıb.
Başqa sözlə desək, Tadiç iki mövsüm ərzində ''Fənər''in 103 rəsmi oyununun 99-da iştirak edib və 27 qol, 31 məhsuldar ötürməlik performans sərgiləyib. Bu iki il ərzində centlelmenliyi ilə diqqət çəkən Tadiç bir dəfə də olsun cəza üzündən oyun qaçırmayıb. Təbii ki, ''Fənər'' tarixində 100 rəsmi oyun keçirən əcnəbi futbolçuların sayı kifayət qədərdi. Amma onların heç biri bu göstəriciyə 2-ci mövsümdə nail olmayıb. Tadiç cəmi 2-ci mövsümündə 100 oyun həddinə çatan klub tarixinin ilk futbolçusu olacaq! Bir faktı da qeyd edək ki, ''Fənər''in son iki mövsümdə 103 oyun keçirməsinin özü də rekord göstəricidi. Buna qədər klubun tarixində iki mövsümə 100-dən çox oyunun keçirildiyi dönəm olmamışdı!
Özü də nəzərə alaq ki, ''Fənərbaxça'' mövsümün sonuna qədər hələ ən azı 10 rəsmi oyun da keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri