Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Fənərbaxça”da yenidən Əziz Yıldırım dönəmi başlaya bilər

“Fənərbaxça”da yenidən Əziz Yıldırım dönəmi başlaya bilər

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, iyunun 6-7-də “Fənərbaxça”da prezident seçkisi keçiriləcək. Çempionluğun əldən verildiyini nəzərə alsaq, camiənin diqqəti indidən həmin seçkiyə yönəlib. Əvvəlcə Əziz Yıldırımın namizəd olmayacağı güman edilirdi. Əvəzində üç mühüm iş adamı – Mehmet Əli Aydınlar, Hakan Safi və Barış Göktürkün namizədliyini irəli sürəcəyi deyilirdi. Amma bu həftə bu mövzuda çox ciddi yeniliklər yaşandı.

Hakan Safi Yıldırımla birləşmək istəmədi
Öncə qeyd edək ki, Mehmet Əli Aydınlar böyük təzyiqə tab gətirməyərək dərhal “ağ bayraq qaldırmalı” oldu. Onun camiədə sevilmədiyi son günlərdə bir daha üzə çıxdı. Məsələ burasındadı ki, Türkiyənin məşhur “Acıbadəm” xəstəxanasının qurucusu olan Aydınlar 2011-12-ci illərdə, yəni Türkiyə Futbol Federasiyasının prezidenti olduğu dönəmdə “Fənər”in haqlarını kifayət qədər müdafiə etməmişdi. “Fənər”in başında çartlayan və Fətullah Gülənin tərəfdarları tərəfindəm süni şəkildə yaradılan oyun alqı-satqısı ilə bağlı qalmaqal məhz həmin dönəmə təsadüf etmişdi.
Aydınlar əslində uşaqlıqdan “Fənər”li olmasına baxmayaraq, UEFA-nın “çaldığı hava ilə oynamış” və klubun heç bir günahı olmadığı halda Çempionlar Liqasından kənar qalmasına belə desək, imzasını atmışdı. Bu üzdən həmin vaxtdan bəri onun camiədə nüfuzu çox aşağıdı. Baxmayaraq ki, “Acıbadəm” sponsor kimi kluba milyonlar buraxır. Heç bir gənc və perspektivli yönətici Aydınların idarı heyətində yer almaq istəmyincə, ünlü iş adamı namizəd olmayacağını rəsmən açıqlamaq məcburiyyətində qaldı.
Digər mühüm olay mayın 6-da yaşandı. “Fənərbaxça”nın “xaç atası” Əziz Yıldırım prezidentliyə namizəd olduğunu rəsmən açıqladı. Özü də o, bununla kifayətlənmədi və digər namizədlərə birləşməyi təklif etdi! Qeyd edək ki, 73 yaşlı Yıldırım daha öncə 20 il (1998-2018) “sarı-lacivərdlilər”in prezidenti kimi çalışıb. Klub onun dönəmində 6-sı çempionluq olmaqla 13 titul qazanıb. Əziz Yıldırım iki dəfə - 2018 və 2024-cü illərdəki seçkidə Əli Koça məğlub olub. Onun birləşmə təklifinə Barış Göktürkdən müsbət cavab gəldi. Beləliklə, indidən Yıldırımın idarə heyətində Göktürkün yer alacağı dəqiqdi. Amma Hakan Safi birləşmə təklifini rədd etdi. Çox iddialı görünən Safi bunları dedi:

“Qeyd-şərtsiz prezidentliyə namizəd olduğumu bir daha vurğulamaq istəyirəm. Qarşımıza kim çıxır-çıxsın, təkbaşıma namizəd olacam. Geri çəkilməyimdən və ya kiminləsə birləşməyimdən söhbət belə gedə bilməz. Yeganə hədəfim “Fənərbaxça”nı çempion etmək və camiəmizin üzünü güldürməkdi”.


1999-cu ildən klubun rəsmi üzvü olan 53 yaşlı Safi liman sahəsi, sement istehsalı və şəkər sənayesi sektorlarında çalışır. Ötən il o, 750 milyon dollar sərvətlə Türkiyənin ən zəngin iş adamlarının siyahısında 61-ci pillədə qərarlaşmışdı. Hakan Safinin “Liverpul”dan ayrılmaq üzrə olan Məhəmməd Salahla anlaşdığı haqda iddialar var. Onun danışıqlar apardığı məşqçilər isə Xabi Alonso və Filipe Luisdi. Şayiələrə inansaq, Safi seçki günü bu iki məşqçidən birini Türkiyəyə gətirəcək.
“Qızımı hədəf almaları məni çox üzdü”
Əziz Yıldırıma gəlincə, onun başqan seçiləcəyi təqdirdə yeni transferlərə 200 milyon avroluq büdcə ayıracağı bildirilir. O, komandaya bir güclü qapıçı, bir ulduz vinger, iki yüksək səviyyəli müdafiəçi və bir dünya səviyyəli hücumçu almağı planlaşdırır. Əziz Yıldırımın klubun başına gətirmək istədiyi məşqçiyə gəlincə, bu, Aykut Kocamandı. Camiənin əfsanələrindən olan Kocaman daha əvvəl dörd mövsüm klubu çalışdırıb və bunların yalnız birində (2010/11) çempion olmağı bacarıb.
İddialar doğrudusa, Yıldırım, ümumiyyətlə, komandanın başına əfsanələri toplamaq istəyir. Çünki Volkan Dəmirəlin Kocamanın əsas köməkçisi olacağı bildirilir. “Fənər” tarixində futbolçu kimi böyük iz buraxmış daha bir isim - Oğuz Çətin isə idman direktoru vəzifəsinə gətiriləcək. Aykut Kocamanın 4,5 ildi işsiz olması diqqəti çəkir. Təcrübəli mütəxəssis 2021-in oktyabrında “İstanbul BŞ”dən ayrılandan bəri heç bir komandanı çalışdırmayıb.
Sonda Əziz Yıldırımın “Türkiyə” nəşrinə verdiyi yeni açıqlamalara nəzər salaq:

“Komandanın gəldiyi son nöqtə heç də ürəkaçan deyil. Bu da məni və yaxınlarımı çox üzdü. Bu dönəm davam edərkən bəzilərinin mənim qızım Yazı hədəf aldığını gördüm. Məhz həmin gün konkret mesaj almış oldum və artıq düşünməyə, danışmağa son qoydum. Bunun mənə qarşı bilərəkdən atılmış addım olduğunu gördüm. Məni hədəf almaları normaldı. Amma qızımı hədəf almaları məni çox üzdü. Dostlarıma “bu iş bitdi” dedim və seçkiyə hazırlaşmağa başladıq. Hədəfim başqanlıq deyil. Hədəfim camiəni birləşdirməkdi. Camiədə çoxlu parçalanma və bölünmə var. Uzun illərdən sonra bunu aradan qaldırmaq istəyirəm. Ona görə də hər kəsi birləşməyə dəvət edirəm. Camiənin bir böyüyü olaraq, bunu bacara biləcəyimi düşünürəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri