Əziz Yıldırım Fənərbaxça nın transfer siyasətini yıxıb sürüdü
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
''Fənərbaxça''nın bu qış heyətinə qatdığı Sidiki Şerif zəif oyunu ilə tənqid və müzakirə olunmaqda davam edir.
Kluba ümumilikdə 22 milyon avroya başa gələn 19 yaşlı hücumçu ən son ''Çaykur Rizəspor''la qarşılaşmada start heyətində meydana çıxdı və şans qazandığı 70 dəqiqə ərzində heç nə ilə yadda qalmadı.
Fransalı forvard indiyə qədər ''sarı-lacivərdlilər''də 13 rəsmi oyunda cəmi 3 qol, 1 məhsuldar ötürməlik performans sərgiləyib. Fanatlar və futbol ekspertləri tərəfindən ciddi tənqid atəşinə tutulan bu futbolçu ilə bağlı sabiq başqan Əziz Yıldırım da fikrini bildirib.
Dünən baş tutan klub üzvlərinin toplantısında iştirak edən Yıldırım ümumiyyətlə ''Fənər''in transfer siyasətini sərt tənqid edib:
''Sidiki Şerifi kim bəyənib və kim alıb? Müqavilə müddətinin sonuna qədər maaşlarla birlikdə kluba 30-35 milyon avroya başa gələcək. Kante isə deyilənə görə ümumilikdə 70 milyon avroya başa gələcək. Genduzini də saysaq, təkcə qışdakı transferlər kluba 150 milyon avroya başa gəlir. Yazıqlar olsun! ''Fənərbaxça'' heç bir mövsümə belə 150 milyon avro qazanmır. Sizdən öncəki rəhbərlik daha da betər idi. Neneni kim alıb? Kluba nə faydası var? Son matçın gedişində oyunu izləyənlərdən biri ''bunlar heç 1-ci liqada da oynaya bilməz'' dedi. Doğru söyləyib. Artıq insanların ümidləri məhv oldu. Oyundan sonra qızım zəng vurdu. Ona ''üzülmə'' dedim. O da ''necə yəni üzülmə, sən necə danışırsan?'' dedi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 19 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















