Icma.az
close
up
RU
Fənərin qara siyahısında olan futbolçuya 3 klub maraq göstərir

Fənərin qara siyahısında olan futbolçuya 3 klub maraq göstərir

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Atletik''lə qarşılaşmada yol verdiyi kobud səhvdən sonra gözdən düşən ''Fənərbaxça''nın mərkəz müdafiəçisi Samet Akaydının gələcəyi ilə bağlı bir çox şayiələr dolaşır.

Son günlərə qədər ona ən ciddi maraq göstərən klub ''Trabzonspor'' idi. Amma bu futbolçu uğrunda mübarizəyə daha iki klub qoşulub. Bu, A seriyası təmsilçisi ''Venetsiya'' və Fatih Terimin yenicə başına keçdiyi Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Şabab''dı.
Terimin yenidən Sameti öz komandasında görmək istəməsi sürpriz deyil. ''İmperator'' ötən mövsümün gedişində ''Panatinaikos''un başına keçdikdən sonra da Akaydını Yunanıstan nəhənginə transfer etmişdi. Yeri gəlmişkən, ''Əl-Şabab'' tək Sametə yox, ''Fənərbaxça''da əsas heyətə düşməkdə çətinlik çəkən digər futbolçu - Cengiz Ündərə də də ciddi maraq göstərir. ''Venetsiya'' 30 yaşlı Sameti mövsümün sonuna qədər icarəyə götürmək, ''Trabzonspor'' isə daimi əsasda heyətinə qatmaq istəyir.
Türkiyə yığmasının üzvü olan Samet dekabrın 11-də Avropa Liqasının əsas mərhələsində ''Atletik''lə ev oyununda (0:2) kobud səhvə yol vermiş, fanatların böyük etirazı ilə üzləşmiş və fasilədə əvəzlənmişdi. Joze Mourinyo bu oyunçunu qorumağa çalışacağını və ev oyunlarında onu oynatmayacağını bildirmişdi. Samet həmin qarşılaşmanın ardından keçirilən hər iki oyunun iştirak ərizəsinə salınmadı.
Bu mövsüm 7 oyuna çıxaraq 1 qol vuran və ''Fənər''lə 2026-nın yayına qədər müqaviləsi olan Akaydın ''Trabzonspor''a transfer olunacağı təqdirdə Türkiyə futbolunda 2017-dən bu yana bir ilk yaşanacaq. Bilindiyi kimi ''Fənərbaxça'' ilə ''Trabzonspor''un münasibətləri uzun illərdi, gərgindi və bu iki klub çox nadir hallarda bir-birindən oyunçu alır.
''Fənər''dən birbaşa Trabzona yollanan sonuncu futbolçu 2017-nin yayında Volkan Şən olub.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri