Fənn olimpiadalarının yarımfinal mərhələsində Qarabağ regionundan 232 şagird iştirak edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bərdə, 28 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçirilən yarımfinal mərhələsində ümumilikdə 232 şagird iştirak edib.
Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə iştirakçılarının nəticələri portal.edu.az platforması vasitəsilə elan olunacaq.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin keçirilməsində əsas məqsəd istedadlı və xüsusi akademik göstəriciləri ilə fərqlənən şagirdlərin aşkar olunması, onların fənlər üzrə dərin bilik və bacarıqlarının qiymətləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və şagirdlərin final mərhələsinə seçiminin obyektiv meyarlar əsasında təmin edilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















