Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Qarabağ regionu üzrə 1900 dan çox şagird iştirak edib
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 18-də cari tədris ili üzrə Respublika Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Bu mərhələdə Qarabağ regionu üzrə 1900-dan çox şagird iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 7 mərkəzdə keçirilib.
Bu il ilk dəfə Ağdam rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdləri də olimpiadada iştirak ediblər.
Olimpiadanın rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Yanvar 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















