Icma.az
close
up
RU
Fərdi avtomobillərdən istifadə qadağan ediləcək Paytaxtda “qiyamət”

Fərdi avtomobillərdən istifadə qadağan ediləcək Paytaxtda “qiyamət”

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AYNA-nın Bakının nəqliyyat sisteminə vurduğu zərbə artıq qırmızı xətti keçib. Bu qurumun yaratdığı problemlər səbəbindən şəhərdəki nəqliyyat sistemi demək olar ki, iflic vəziyyətinə düşüb. Tıxac fəlakət həddindədir, marşrutlarda gecikmə halları artıq adi hala çevrilib, paytaxt sakinləri və qonaqları diskomfort həyat tərzi yaşamağa məcbur olub. Bunu yüngülləşdirmək üçün müxtəlif tədbirlər görmək əvəzinə haqsız cərimələrin də sayı artıb. Alternativ marşrutlar yaratmaq yerinə ictimai nəqliyyatdan düzgün istifadə edilməsi üçün maarifləndirmə işləri sıfır vəziyyətinə düşüb. Sürücülər belə problemlərdən başını itirib. Bu vəziyyət nəinki Bakıda, eləcə də Azərbaycanın digər şəhər və qəsəbələrində ciddi narahatlıq doğurur. Hökumət, daha dəqiq desək, Nazirlər Kabineti isə ya susur, ya da problemləri həll etmək iqtidarında olmadığını əyani nümayiş etdirir.

Nəqliyyat sistemindəki problemlərin həll edilməməsi bir yana, ictimai nəqliyyatla bağlı daha absurd qərarlar verilir, avtobus və metroda sıxlığın aradan qaldırılması məqsədilə heç bir tədbir görülmür.

Eynilə çoxmərtəbəli binaların tikintisinin Bakıya vurduğu ziyanın miqyası ölçülmür, bununla bağlı əhəmiyyətli proqramlar hazırlanmır. Azərbaycan Prezidentinə problemin ciddiliyi barədə məruzə edilmir və yaxud zamanla sakinlərdə problemə immunitet formalaşdırmaq niyyəti hiss edilir. Artıq Bakı elə bir vəziyyətə salınıb ki, burada yol infrastrukturunun təkmilləşdirilməsi mümkün deyil. Yəni yeni yollar salına bilməz, genişləndirilməsi bir sıra narahatlıqlar yaradar, yeni körpülər və tunellərin inşasından isə, ümumiyyətlə, danışmaq yersizdir.

Alternativ nəqliyyat formalarının təşviqindən də söhbət belə gedə bilməz. Nə dövlət qurumları, nə QHT-lər, nə də media bu missiyanı üzərinə götürür.

Bu arada yaradılan velosiped yolları COP29 ərəfəsində sanki “suvenir” kimi göz oxşayır. Parkinqlər pullu olsa da, bu sahədə çox dəhşətli faktlar gizlənir.

Nəqliyyatın idarəetmə sistemlərinin tətbiqi isə AYNA-nın ağlına gəlmir. AYNA rəhbərliyi öz yarıtmaz fəaliyyəti ilə trafik yol nişanlarının quraşdırılmasında ciddi xətalara və nöqsanlara yol verir.

Əlbəttə ki, yol hərəkəti qaydaları və təhlükəsizlik mövzusunda DYP də günahkardır. Tıxacların qarşısının alınması məqsədilə geniş miqyasda tənzimlənmələr həyata keçirilmir. Yalnız nüfuzlu qurum rəhbərlərinin getdiyi marşrutlar üzrə yol polislərinin tənzimlənmə fəaliyyətini görmək olar. Şəhərin digər yerlərində isə günün ayrı-ayrı saatlarında əsl qiyamət yaşanır. Tıxaclı bölgələrdə alternativ marşrutların müəyyənləşdirilməsi və monitorinq sistemlərinin tətbiqi isə yəqin ki, bundan sonra da aparılmayacaq.

Dövlət və özəl sektorların əməkdaşlığı ilə bağlı niyyətlər isə arxa plana keçib. Nəqliyyat layihələrinin həyata keçirilməsinə özəl sektorun cəlb edilməsi də həvəssiz şəkil alıb.

Artıq AYNA Bakıda elektrik enerjisi ilə işləyən nəqliyyat sistemlərini geniş tətbiq etməyi belə düşünmək istəmir. Aparılan müzakirələrdə bu qurumun səsi heç qeybdən də gəlmir. Axı metro, tramvay, trolleybus şəbəkələri yaratmaq, fərdi maşınlardan istifadə tələbini aradan qaldırmaq üçün elektrik velosipedləri və motosikletlərinin istifadəsini artırmaq məqsədilə yeni layihələrə start vermək bu qədərmi çətindir? Nəyi gözləyirsiniz, cənablar? Bakıda həyatın tam dayanmasınımı?

Məgər dövlətin hesabına dünyanı gəzən məmurlar, məsul şəxslər tıxacların aradan qaldırılması üçün dünya təcrübəsindən xəbərsizdirlərmi? Ya da bununla bağlı niyə araşdırma aparılmır? Əgər belə təkliflər yoxdursa, bir zəhmət, bizi oxuyun və mövcud yanaşmaları imkan daxilində tətbiq edin.

Əvvəla, dünyanın bir çox şəhərində, məsələn, London və Tokiodakı mükəmməl ictimai nəqliyyat sistemlərini Bakıda tətbiq etmək olardı. Azərbaycan Dəmir Yolu QSC-nin “gecikən qatarlar” fəaliyyəti ilə biz hələ nə qədər sürünməliyik? Sumqayıt, Xırdalan və digər iri yaşayış məntəqələrindən nəqliyyat axınını tənzimləmək niyə belə çətin olub? Yaponlardan sizin nəyiniz əskikdir?! Ancaq büdcə dağıtmaq, varlanmaq, sosial şəbəkələrdə və mediada gedən haqlı tənqidləri qulaqardına vurmaqmı gəlir əlinizdən? 

İkincisi, yol idarəetmə sistemlərini bir neçə ildir ki, niyə inkişaf etdirə bilməmisiniz? Sizə nə mane olur? Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri niyə ala-yarımçıq həyata keçirirsiniz?

Bir çox inkişaf etmiş ölkələrdə avtomatlaşdırılmış yol idarəetmə sistemlərini niyə nəzərdən keçirmirsiniz? Niyə xalqın qarşısına keçib bu barədə lazımı məlumat vermirsiniz?

Görəsən, AYNA-nın Tıxac Vergi Sistemindən xəbəri varmı? Məsələn, Sinqapur və Londonda tətbiq olunan tıxac vergisi avtomobillərin mərkəzi bölgələrə girməsini məhdudlaşdırır. Bu yanaşma tıxacları azaltmağa kömək edir.

Sinqapur, Pekin, Honk-Kong və Mexiko kimi şəhərlərdə velosiped infrastrukturunun inkişafı yalnız yol çəkməklə bitməyib. Bir çox şəhərdə, məsələn, Amsterdamda velosiped yolları genişləndirilməklə insanlar arasında velosipedlə bağlı məsələ həm təşviq edilir, həm də buna məcburiyyət yaradılıb.

Bakıda ağıllı parkinq sistemləri yaradılmalıdır. Bu sistemə görə, insanı yönəldən parkinqlər var. Məsələn, San-Fransiskoda tıxacların azaldılmasında bu tətbiq öz effektivliyini göstərib, çünki sürücülər park yerini axtararkən tıxac yaratmırlar.

Marşrutları birləşdirən xidmətlərdən heç danışmırıq. Bu, daha az avtomobilin yolda olmasına kömək edir. Bunun başqa forması tıxac azaltma kampaniyalarıdır. Müxtəlif şəhərlərdə, məsələn, Nyu-Yorkda, “İş yerində tıxac azaldılması” kampaniyaları həyata keçirilir, insanların alternativ nəqliyyat vasitələrindən istifadəsi təşviq edilir.

Bu yanaşmalar müxtəlif şəhərlərdə tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən strategiyalardır və onların müvəffəqiyyəti şəhərin spesifik şərtlərindən asılıdır.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri