“Ferentsvaroş” aparıcı futbolçusunu almaq üçün “Qarabağ”ın qapısını döydü dərhal cavab aldı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ”ın daha bir futbolçusu komandasını dəyişə bilər. Söhbət Kevin Medinadan gedir.
“Football-plus.az”ın məlumatına görə, 32 yaşlı müdafiəçi “Ferentsvaroş”dan təklif alıb. Macarıstan təmsilçisi oyunçunu yay “transfer pəncərəsi” çərçivəsində heyətinə qatmağı planlaşdırır. İş ondadı ki, kolumbiyalı “köhlən atlar”dan ayrılmaq seçiminə isti yanaşmır. Elə Qurban Qurbanov da Medinanın ağdamlıların şərəfini qorumağa davam etməsində maraqlıdı. Bu üzdən qarşı tərəfin ilk təklifinə maddi məsələlər əsas gətirilərək “yox” deyilib.
Macarlar tezliklə daha böyük məbləğ vədiylə çıxış etməli, təcrübəli müdafiəçinin “saqqızını oğurlamağa” cəhd göstərməlidi.
Xatırladaq ki, Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. O, 2020-ci ildən “köhlən atlar”ın uğurları üçün tər tökür.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Aprel 2025 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















