Icma.az
close
up
RU
Fərhad Əhmədovun şirkəti müflis olur

Fərhad Əhmədovun şirkəti müflis olur

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İş adamı Fərhad Əhmədova məxsus, atasının adını daşıyan Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ciddi maliyyə böhranı ilə üzləşib. Zavodun tam olaraq müflis ola biləcəyi də istisna edilmir.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, müəssisənin əsas problemlərindən biri vergi borcudur. Zavodun vergiyə yaranmış borcu 463 min manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi borcun ödənilməsi üçün müəssisəyə vaxt versə də, ödəniş baş tutmadığından qurum məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsi zavod direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında qərar qəbul edib.

Vergi borcunun yarandığı dövrdə şirkətin direktoru Bəylər Abbasov olub. Daha sonra zavodun yeni direktoru Hüseynov Natiq Elxan oğlu təyin edilib.

Natiq Hüseynovun nümayəndəsi ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi üçün apellyasiya şikayəti verib və müəssisənin hazırkı maliyyə vəziyyəti ilə bağlı ətraflı məlumat təqdim edib.

Onun sözlərinə görə, zavodda istehsalat tənəzzül mərhələsindədir. Bunun başlıca səbəblərindən biri Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar əsas səhmdar Fərhad Əhmədova qarşı tətbiq edilən sanksiyalardır. Həmin sanksiyalardan sonra Fərhad Əhmədov zavoda maliyyə dəstəyini dayandırıb.

Natiq Hüseynovun nümayəndəsi həmçinin bildirib ki, ixrac bazarlarının daralması və xammal qıtlığı səbəbilə satış dövriyyəsi kəskin şəkildə azalıb:

“2024-cü ildə məhsul istehsalı əvvəlki illərlə müqayisədə 4 dəfə aşağı olub. Lakin xərclər eyni səviyyədə qaldığından maliyyə yükü daha da dərinləşib. Xammal ehtiyatları tam tükənib. Yeni tədarük üçün maliyyə mənbəyi yoxdur. Əməkhaqqı üzrə öhdəlik 95 min manatdır. Lakin vəsait olmadığı üçün ödənişlər gecikir. Debitor borclar 6 milyon manatdan çoxdur. Həmin vəsaitlərin qaytarılması və ixrac müqavilələrinin bərpası üçün xarici ezamiyyətlər planlaşdırılır. Baş direktorun ABŞ səfəri üçün viza da alınıb. Lakin ölkədən çıxış qadağası bu prosesləri təhlükə altına salır”.

Natiq Hüseynovun nümayəndəsi məhkəməyə izahatında qeyd edib ki, vergi borcu əvvəlki rəhbərin dövründə yaranıb: “Yeni direktor mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Borcun bir hissəsi artıq ödənilib. Ödənişlərin davam etdirilməsi planlaşdırılır.”

Qeyd edək ki, zavodun direktoru Natiq Hüseynov uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. O, müharibə iştirakçısıdır və “İgidliyə görə” medalı ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri