Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda “Unikal”a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.
Qeyd edilib ki, sözügedən tədbirlər “QARAÇAY” Fermer Şirkəti ilə “KƏND” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.
Həmçinin bildirilib ki, "AZNAR" QSC-nin bağlanması nəticəsində müəssisəyə 5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 11 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















