Fərhad Vəliyev: Məncə, məşqçilər korpusu qarşıdakı oyunlarda çərçivə ni ona etibar edəcək
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Milliyə dəvət olunan qapıçıların hər üçü yığmaya layiqdir". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev bildirib.
Fernandu Santuş qarşıdakı iki oyun üçün Şahrudin Məhəmmədəliyev, Aydın Bayramov, Rza Cəfərovu millinin düşərgıəsinə dəvət edib. Maraqlıdır, görəsən portuqaliyalı mütəxəssis Litva və Macarıstan ilə görüşlərdə "çərçivə"də kimə şans verəcək?
"Zirə"nin qapıçılar üzrə məşqçisi, millinin sabiq üzvü bu məsələdə Şahruddinin daha şanslı olduğunu vurğulayıb:
"Şahruddin Məhəmmədliyev bu mövsüm zədə səbəbindən az oynasa da, bu gün üçün yığmanın əsas qapıçısıdır. Fikrimcə, o, artıq hazırdır. Məncə, məşqçilər korpusu qarşıdakı oyunlarda "çərçivə"ni ona etibar edəcək. Rza və Aydın öz klublarında sabit çıxışları ilə yadda qalıblar və bu səbəbdən milli komandaya dəvət aldılar".
Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı "Skonto" stadionunda Litva, iyunun 10-da isə "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















