Icma.az
close
up
RU
Fərhad Vəliyev: Səfərdə “Qarabağ”dan qollar gözləyirik

Fərhad Vəliyev: Səfərdə “Qarabağ”dan qollar gözləyirik

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq qapıçısı Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibə verib.

- “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu bu gün səfərdə “Benfika”ya qarşı keçirəcək. Hansı nəticəni gözləyirsiniz? “Qarabağ”ın Portuqaliyadan uğurlu nəticə ilə qayıtmaq şansı varmı?

- Çox çətin oyun olacaq. Çünki tarixə nəzər salsaq, “Benfika” Çempionlar Liqasında ən çox iştirak edən klublardan biridir. Bu səbəbdən “Qarabağ”ı ağır səfər matçı gözləyir. Təbii ki, futbolda hər şey ola bilər. Amma “Benfika” həqiqətən də güclü rəqibdir. “Qarabağ” Portuqaliyada uğurlu nəticə əldə etsə, bu, böyük nailiyyət olar.

- Bilirik ki, Portuqaliya klubları da topla oynamağı sevirlər, üstəlik, rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular toplaşıb. Bu məqamlar “Qarabağ”a öz oyununu göstərmək baxımından mane ola bilərmi?

- Əlbəttə, Portuqaliyanın digər klubları kimi, “Benfika” da həmişə öz texnikası, yaxşı futbolu ilə seçilib, öndə olub. Ancaq “Qarabağ” da topla oynamağı sevir. Düşünürəm ki, “Benfika” böyük qüvvə ilə hücumlar etsə belə, “Qarabağ”da da topla yaxşı davranan, texnikalı oyunçular var. Bu baxımdan təmsilçimiz “Benfika”dan geri qalmayacaq, öz oyununu göstərməyə və nəticə əldə etməyə çalışacaq.

- Yeni hücumçu transferi alınmadı, üstəlik, Nəriman Axundzadə də zədəlidir. Bunların fonunda “Qarabağ”da hücumun sivri ucunda kimin yer alacağını düşünürsünüz? Bir də bu gün çempionumuzun heyətində kimdən qol gözləyirsiniz?

- Bəli, Nəriman zədəlidir, yeni hücumçu transfer etmək mümkün olmadı. Bu, komandaya əlavə çətinlik yarada bilər. Görünür, “Qarabağ”a tam uyğun futbolçu tapa bilməyiblər və ya danışıq aparılan oyunçularla anlaşma mümkün olmayıb. Bilirsiniz ki, Azərbaycana yaxşı futbolçu gətirmək çətindir. Bəlkə də, qarşıdakı aylarda keyfiyyətli hücumçu transfer edə biləcəklər, yəqin ki, axtarışdadırlar. Nəriman zədəli olsa da, Musa Qurbanlı var. O da son vaxtlar öz oyunu ilə göstərir ki, əsas heyətdə yer ala bilər. Bundan əlavə, “Qarabağ”ın hücumameylli oyunçuları çoxdur. Düşünürəm ki, Qurban müəllim buna bir əlac tapa biləcək. Çətin olsa da, səfərdə “Qarabağ”dan qollar gözləyirik.

- Liqa mərhələsindəki rəqiblərin səviyyəsi hər kəsə bəllidir. Sizcə, “Qarabağ” bu mərhələdə neçə xal toplamaq iqtidarındadır?

- “Qarabağ”ın Liqa mərhələsindəki rəqiblərinin hamısı güclü klublardır. Göz gəzdirəndə görürük ki, Çempionlar Liqasında zəif komanda yoxdur. Bu isə o deməkdir ki, 8 oyunun hər biri “Qarabağ” üçün çətin keçəcək. Xüsusən, səfər görüşləri ağır alınacaq. Bu mənada, səfər matçlarında az xal toplayacaqlarını düşünürəm. Amma Bakıda “Qarabağ” rəqiblərdən xal qopara, qələbə qazana da bilər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Sentyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri