Fərid Mansurov şagirdlərlə təcrübəsini bölüşüb FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Güləş Federasiyası (AGF) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) “Güləşlə sağlam yaşa” adlı layihəyə start veriblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilir ki, təşəbbüs çərçivəsində ilk tədbir Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun iştirakı ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə baş tutub.
Olimpiya çempionu öz uğur hekayəsini bölüşərək karyerası boyu qarşılaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlər barədə danışıb. O, məktəblilərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı və sağlam həyat tərzi seçməyi tövsiyə edib. Fərid Mansurov təhsilin, idmanla məşğul olmağın və düzgün qidalanmanın önəmini xüsusi qeyd edib.
Görüş çərçivəsində məktəblilərin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Şagirdlər qonağa müxtəlif suallar ünvanlayıb, onun tövsiyələrini dinləyiblər. Tədbirin maraqlı hissələrindən biri də intellektual müsabiqə olub. Qaliblər, o cümlədən ən maraqlı sualların müəllifləri AGF tərəfindən hədiyyələrlə təltif ediliblər.
Sonda Olimpiya çempionunun iştirakı ilə imza mərasimi keçirilib, məktəblilər xatirə avtoqrafları əldə edib və kollektiv xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, güləş idman növünə marağın artırılması, milli idman dəyərlərinin təşviqi, həmçinin uşaq və yeniyetmələrin fiziki aktivliyə cəlb edilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 10 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















