Fərid Mansurov: Fəxr olunası və qürurverici anlar yaşayırıq
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir. Sport24.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.
O, Suqovuşanda start götürən "Prezident Kuboku-2025" turniri barədə danışıb:
"Fəxr olunası və qürurverici anlar yaşayırıq. Suqovuşan Azərbaycan ərazisi olaraq uzun illər işğal altında qalmışdı. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Artıq biz tarixi torpaqlarımızda idman yarışları keçiririk. Bunun nümunəsi olaraq bu gün Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə kanoe və avarçəkmə üzrə "Prezident kuboku-2025" beynəlxalq reqatası təşkil olunub. Bu yarışın keçirilməsi həm Azərbaycan idmanına töhfədir, həm də kanoe və avarçəkmənin tanınmasına müsbət təsir göstərir".
Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















