Fərid Namazov “İmişli”də özünə daha bir köməkçi götürüb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İmişli” PFK məşqçilər korpusunu UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov ilə gücləndirib.
İdman.Biz kluba istinadən bildirir ki, o, komandada köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.
Zamir Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” FK və “Səbail” FK Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.
Qeyd edək ki, “İmişli” bu ayın əvvəlində Fərid Namazovu baş məşqçi postuna gətirib.
Komandanın qapıçılar üzrə yeni məşqçisi Elşad Tahirov olacaq. Fitness məşqçisi vəzifəsini isə Elmir Cəbrayılov yerinə yetirəcək.
Klubu 2025/2026 mövsümündə Jorj Kaşkilya çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 07 İyul 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















